Siz bir neçə səbəbdən ASUS Zenbook S 14 (UX5406) sahibi olmaq istəyəcəksiniz!Bu istək yalnız Copilot+ PC konseptinə uyğun olaraq hazırlanmış, möhtəşəm OLED displeyi ilə təchiz edilmiş süni intellektə malik noutbukların ən parlaq nümayəndələrindən biri olması ilə bağlı deyil. Cihazın avtnom iş imkanları sizi mütləq heyran edəcək. Noutbukun maksimum avtonom iş müddəti 27 saata çatır. Hətta istehsalçının bu göstəricini yüksək enerji sərfiyyatı tələb etməyən tətbiqlərdə istifadə üçün qeyd etdiyini nəzərə alsaq belə, təxminən 20 saatlıq avtonom iş qabiliyyətinə malik noutbuk artıq olduqca ciddi bir üstünlükdür. Intel Core Ultra Series 2 (Lunar Lake) platforması əvvəlki nəsil ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağı enerji sərfiyyatı və yüksək məhsuldarlıq təklif edir. Bu noutbukda yararsız və ya əhəmiyyətsiz hissələr yoxdur. Yeganə sual doğuran məqam — klaviaturanın həddindən artıq yığcam olmasıdır. Lakin bunun da müəyyən səbəbi var.
Yığım keyfiyyəti və ilkin təəssüratlar
Zenbook S 14 ASUS-un Ceraluminium adlandırdığı materialdan hazırlanır. Bu mat görünüşlü alüminium oksid keramika toxunuş zamanı xoş təəssürat yaradır. Displeyin arxasındakı gümüşü xətlər noutbuka daha cəlbedici görünüş verir. Xarici görünüşünə görə noutbuk olduqca etibarlı görünür. Ekran qapaq sahəsinin 90%-ni tutduğundan, çərçivənin olmadığı təəssüratı yaranır. Bu arada, noutbukun çəkisi cəmi 1,2 kq-dır. Bu göstəricini ayırd etmək üçün sadəcə 13 düymlük MacBook Air-in çəkisinin 1,29 kq olduğunu nəzərə alın.
Klaviaturanın solunda və sağında yer az olduğundan, diaqonalı 5,1 x 3,2 düym olan taçpəd klaviaturanın altında sanki sıxılmış kimi görünür. Əslində, klaviaturanın 1,1 mm düymə dərinliyi həqiqətən bir qədər dar görünür, lakin buna baxmayaraq, bu kiçik noutbuk sözün əsl mənasında tam funksionalla təmin olunub. Yeni ASUS Zenbook hətta ən yüksək məhsuldarlıq nümayiş etdirdiyi məqamlarda belə olduqca sakit işləyir. Soyutma sisteminin səsi digər noutbuklarda standart və ya qənaət rejimlərindəki kimi olacaq. Sistem, istiliyi prosessordan kənarlaşdırmaq üçün nazik buxarlanma kamerasından (bu texnologiya adətən güclü geymer kompüterlərində tətbiq olunur), istiliyi gövdənin altına və üstünə paylaşdırmaq üçün nəzərdə tutulan qrafit laydan, iki ventilyatordan və xüsusi həndəsi dizaynı olan havalandırma şəbəkəsindən ibarətdir. Kiçik yüklənmə zamanı ventilyatorların səsi 25 dB-a çatır, yəni sistem sezilməyəcək dərəcədə sakit işləyir.
Portlara gəlincə, gövdənin sol hissəsində Thunderbolt 4 və HDMI 2.1 girişləri, sağında isə bir USB-A və 3,5 mm-lik audiogiriş yerləşdirilib. Bu optimal birləşmə əlavə dock-stansiya və ya USB-C konsentrator tələb etmədən, kənar displey və ya mouse qoşmağa imkan verir. Simsiz qoşulma qismində Wi-Fi 7 tətbiq olunub. Bu, öncəki nəsil və Bluetooth 5.4-dən təxminən 5 dəfə daha südətlidir.
Displey
ASUS şirkəti bu model üçün 14-düymluq 3K (2880×1800 piksel) və 120 HRz-a qədər yenilənməyə qadir OLED-panel seçib. Displeyin HDR rejimdə maksimum parlaqlıq qabiliyyəti 500 cd təşkil edir. Bu göstərici birbaşa günəş şüaları düşməyən məkan üçün mükəmməl göstərici hesab olunur. OLED-displeylər IPS-matrislərlə müqayisədə bir sıra üstünlüklərə malik olsa da, parlaq səhnələr zamanı daha çox enerji sərf edirlər.
Çox güman ki, yeni Intel prosessorlarının istifadəsinin vəd etdiyi enerjiyə qənaət imkanları bu çatışmazlığı üstələyir. 120 HRz yeniləmə tezliyi stilusun daha rəvan cizgi çəkməsini və mouse idarəsini təmin edir. Real dünyada bu o deməkdir ki, istifadəçi həm işıqlı, həm də qaranlıq rejimlərdə işləyə, işdən sonra isə video izləyərkən möhtəşəm ekran görüntülərindən həzz ala biləcək. MyASUS tətbiqi ilə istifadəçi rəng palitrasının tənzimlənməsindən tutmuş, OLED-matrisin aşağı parlaqlıqda görünən pikselləri nümayiş etdirmə qabiliyyətinin ayarlanmasına qədər bütün mərhələlərdə ekranı fərdiləşdirmək üçün müxtəlif idarəetmə vasitələri yaradılıb.
Audio, mikrofon və veb kamera
Zenbook S 14 (UX5406) quraşdırılmış dörd Harmon Kardon dinamiki ilə gücləndirilmiş və Dolby Atmos texnologiyası ilə təkmilləşdirilmiş möhtəşəm səslənməyə malikdir. MyASUS tətbiqi audio həvəskarları üçün bir neçə tənzimləmə təklif edir. Süni intellekt səs keyfiyyətini ayarlamaq üçün ciddi nəticə vermədiyini isə iddia edə bilmərik, çünki daha həssas eşitmə qabiliyyətinə malik şəxslər bu fərqi hiss edə biləcəyi də istisna olunmur. ASUS AI Noise Cancelation süni intellektindən istifadə edən mikrofon idarəetmə isə olduqca təsirlidir. Noutbuk NPU imkanlarından istifadə edərək, Zoom və ya Teams kimi proqramlarda fondakı səs-küyü, hətta musiqinin səsini aradan qaldırır.
Quraşdırılmış veb-kamera 1080p icazəyə və 30 HRz tezliyə malikdir. Videonun keyfiyyəti yetərincə yüksək olduğundan, video-konfrans zamanı iştirakçıları aydın görmək mümkündür. ASUS veb-kamera və mikrofonu söndürmək üçün iki funksional düymə nəzərdə tutub. Veb kameranın yanında səhnə dərinliyi sensoru quraşdırılıb. İstifadəçinin üzü asanlıqla tanınır.
Məhsuldarlıq
Yeni Intel Core Ultra 7 258V prosessoru xalis güc üçün deyil, yüksək məhsuldarlıq üçün yaradılan arxitektura üzırində qurulub. Prosessor 8 hesablama nüvəsinə malikdir: onların dördü məhsuldarlıq, digər dördü isə enerji effektivliyi üçün nəzərdə tutulub. Core Ultra Series 2-də Intel enerji səmərəliliyini maksimuma çatdırmaq üçün hyperthreading-dən imtina etsə də, istifadəçilər noutbukun işindən tam məmnun qalacaq. Belə ki, arxa fonda Photoshop, Steam və Microsoft Word kimi proqramların işlədiyi müddətdə, Chrome-da hətta 100 səhifənin açılması belə Zenbook S 14-ün işini ləngitməyəcək.
Quraşdırılmış qrafik prosessor — Intel Arc qrafikasının ikinci nəsil versiyasıdır. Zenbook S 14 əvvəlki nəsil Intel Core Ultra noutbukları ilə müqayisədə 3DMark Time Spy-də cüzi artım nümayi etdirir. Bu il ən yaxşı Copilot+ PC adı uğrunda mübarizə aparan Qualcomm Snapdragon X əsaslı noutbuklar bu testi emulyasiya üzərindən keçirməlidirlər, çünki müvafiq ARM versiyası hələ çımadığından, bu sistemlər üçün əhəmiyyətli dərəcədə aşağı nəticələrə malikdir. Çox güman ki, bu, yeni Intel prosessorlarının Snapdragon prosessorlarına nisbətən ən böyük üstünlüyüdür. Windows proqram təminatı ilə tam uyğunluğu təmin etdiyindən, onlar üçün emulyasiya tələb olunmur. Yeni Intel prosessorlarındakı NPU 47 TOPS təqdim etməyə qadirdir, GPU isə 67 TOPS əlavə etdiyindən, CPU ümumilikdə 120 TOPS göstərici əldə edir.
Zenbook S 14-ün bu göstəricisi əvvəlki nəsil Core Ultra 9 noutbukundan 3,6 dəfə daha məhsuldardır. Bu göstərici olduqca vacibdir. Belə ki, buluda məlumat göndərmədən süni intellekt alqoritmlərinin lokal olaraq sürətli və səmərəli hesablanması üçün ən azı 40 TOPS performans səviyyəsi tələb olunur. Bu rəqəm nə qədər yüksək olarsa, tətbiq və süni intellekt funksiyaları yaradıcıları üçün bir o qədər geniş imkanlar açılır.
Noutbukda artırılmış tezlikli LPDDR5X-8533 operativ yaddaşı tətbiq olunduğundan, işin sürəti də artırılıb. Yaddaşın prosessorla (Memory on package) eyni modulda yerləşdirilməsi yalnız tezliyi artırmağa imkan verməyib, həm də yaddaşın gecikməsini azaldıb və soyutmanı optimallaşdırıb. Prosessorun istilik paketi 28 Vt-a bərabərdir.
Süni intellekt tapşırıqlarında məhsuldarlıq
ASUS Zenbook S 14 süni intellekt üzərindən işləyən bir sıra şirkət proqramlarını təklif edir. Daha öncə qeyd etdiyimiz kimi, süni intellektə və məxfilik pərdəsinə malik ASUS AiSense veb kamerası adaptiv qaralma və göz izləmə ilə ekranın sönməsini və ya bloklanmasını dəstəkləyir, habelə video çəkiliş zamanı 3DNR səsboğma və işıqlanma korreksiyası imkanlarına malikdir. Mikrofonlarmassivinə malik ASUS AI səsboğma sistemi istifadəçiyə distant iş zamanı zəng və video konfranslar həyata keçirməyə imkan verir. Eyni zamanda noutbuk Microsoft-un Sİ köməkçisini dərhal çağırmaq üçün xüsusi Copilot düyməsi ilə təchiz olunub.
Windows 11-də Copilot+ PC-nin tam funksionallığı əlçatan olan kimi, Zenbook S 14 də bu yeniləməni alacaq, bu da istifadəçiləri bütün məzmunda və kompüterdən istifadə tarixçəsində intellektual Geri çağırış axtarışı da daxil olmaqla, süni intellektə əsaslanan geniş funksiyalara açacaq. , müxtəlif Canlı dillərdən subtitrlərə sinxron tərcümə, Altyazılar, Yaradıcı rəsm köməkçisi və hətta Auto SR oyunlarında super rezolyusiya xüsusiyyətləri. Windows Studio Effects-dəki süni intellekt xüsusiyyətləri sizə qarşı tərəfin baxışlarını çəkməyə, görüntü səs-küyünü aradan qaldırmağa, fon və üslub əlavə etməyə imkan verməklə video zəngləri təkmilləşdirir.
Windows 11-də Copilot+ PC-nin tam funksionallığı əlçatan olan kimi, Zenbook S 14 də bu yeniləməni əldə edəcək. Nəticədə istifadəçilər geniş spektrli süni intellektlə işləyən funksiyaları, o cümlədən Recall bütün məzmun və kompüter istifadə tarixçəsi üzrə ağıllı axtarışı, Live Captions dillərarası sinxron tərcümənin altyazısını, Cocreator rəsm çəkmə üzrə köməkçini və hətta Auto SR oyunlarında super icazə funksiyalarını əldə edəcəklər.
Windows Studio Effects-in süni intellekt xüsusiyyətləri həmsöhbətin diqqətini çəkməyə, görüntüdəki qüsurları aradan qaldırmağa, fon və üslubları əlavə etməyə imkan verməklə, video zəngləri təkmilləşdirir.
ASUS Zenbook S 14 (UX5406) qısa xüsusiyyətləri:
Əməliyyat sistemi | Windows 11 Ev/Pro |
Prosessor | Intel Core Ultra 7 258V (8 nüvə) + 32GB LPDDR5X Intel Core Ultra 7 258V (8 nüvə) + 16GB LPDDR5X Intel Core Ultra 5 226V (8 nüvə) + 16GB LPDDR5X |
Neyron prosessor (Sİ-sürətləndirici) | Intel AI Boost NPU до 47 TOPS, Sİ məhsuldarlığının ümumi səviyyəsi – 120 TOPS-dan artıq |
Qrafika | Intel Arc 140V / 130V |
Displey | 14,0” 16:10 OLED 3K (2880×1800) 120 HRz, 400 cd/m2 parlaqlıq, 550 cd/m2 maksimum parlaqlıq, 1000.000:1 kontrast nisbəti, 0.2 ms cavablama müddəti, Display HDR True Black 500 sertifikatı, 1,07 milyarda qədər rəng dərinliyi, Pantone Validated və SGS sertifikatı, parıltılı, qeyri-sensorlu, 70% daha az göy işıq, ekranın nisbi sahəsi 90%, geniş baxış bucağı; DCI-P3 100% əhatə dairəsi
OLED 3K 120 Hrz Opsional-sensorlu displey |
İkinci displey | yox |
Operativ yaddaş | 16 və ya 32 GBLPDDR5X-8533, prosessora quraşdırılıb (Memory-on-Package) |
Yaddaş (doldurucu) | SSD 1 TB-ya qədər PCIe 4.0 (M.2 2280, 1 slot) |
Girişlər | 2 Thunderbolt 4.0 Type-C (displey, dolum Power Delivery) 1 USB-A 3.2 Gen2 1 HDMI 2.1 TDMS audiogiriş 3,5-mm |
Интерфейсы | Wi-Fi 7 (802.11be) 3 diapazon 2×2, Bluetooth 5.4 İnfraqırmızı kameraFHD с поддержкой Windows Hello и шторкой |
Şiekət PT MyASUS ScreenXpert GlideX |
Displeyin rəng məkanının seçimi
ASUS OLED Care displey müdafiəsi Sistemin diaqnostikası və yenilənmə Təhlükəsiz dolum Ventilyatorların iş rejimi Təsvirin optimallaşması (Splendid) Videonun optimallaşması (Tru2Life) İsti düymələr Wi-Fi rouminqinin optimallaşması AppDeals xidməti Link to MyASUS |
İdarəetmə | Membranlı alt işıqlı klaviatura Düymə dərinliyi 1,1 mm Copilot rəqəmsal köməkçinin çağırış düyməsi Yüksək dəqiqliyi olan taçpəd |
Digər | İşıqlanma və rəng sensorlu FHD İQ ASUS AiSense kamerası
4 dinamikli Harman/kardon audiosistemi Mikrofonlar massivi TPM modulu, Microsoft Pluton |
Batareya və qidalanma | 27 saata qədər avtonom iş; tez dolum (0-60% 49 dəqiqəyə); 72 Vts, 4 yuva; Artırılmış xidmət müddəti (1200 dövr) QB 65 VT USB-C Mobil akumulyatordan və 5-20 В dolum qurğusundan doldurmaq imkanı Power Delivery dəstəklənməsi |
Ölçü və çəki
Rəng |
310х214х11,9-12,9 mm; 1,20 kq Boz Ağ |
Nəticə
ASUS Zenbook S 14 — əksər istifadəçilərə tam uyğun olan, fantastik bir noutbukdur. O, olduqca yüngül və yığcam olduğundan, hətta səyahət zamanı heç bir çətinlik yaratmır. Eyni zamanda avtonom iş qabiliyyəti və Intel Lunar Lake prosessorunun vəd etdiyi imkanları sayəsində süni intellektlə iş bacarığı da onu diqqətçəkən qurğuya çevirir. Zenbook-un çəkisi cəmi 1,2 kq, qalınlığı isə 11,9 mm-dir. Qurğunun rahat klaviaturası, dəqiq profilli, yüksək keyfiyyətli şəkil nümayiş etdirmə qabiliyyətinə malik Lumina OLED displeyi ilə yanaşı, həm də kənar qurğuların qoşulma imkanlarını da qeyd etmək lazımdır. Əgər siz uzunömürlü, yüngül, nazik və əlverişli noutbuk axtarışındasınızsa, ASUS Zenbook S 14 mükəmməl seçimdir!