Gizmochina portalı Digital Chat Station insayderinə istinadən xəbər verir ki, Xiaomi Qualcomm Snapdragon 8 seriyalı prosessorlu kiçik oyun planşetinin üzərində işləyir. İnsayder birbaşa Xiaomi şirkətinin adını çəkmədi, lakin Gizmochina hesab edir ki, söhbət məhz bundan gedir.
Portal müəllifləri də bu məlumatı bu ilin avqustunda ortaya çıxan başqa bir məlumatla əlaqələndirirlər. O vaxtlar Digital Chat Station bildirmidi ki, şirkət LCD displeyli kompakt flaqman planşet üzərində işləyir. Gizmochina hesab edir ki, planşet güc baxımından Xiaomi Pad 7 xəttini keçə bilər. Sonuncuya iki cihaz daxil olmalıdır: müvafiq olaraq Snapdragon 8 Gen 2 və 8 Gen 3 prosessorlu Pad 7 və Pad 7 Pro.