ASUS-un ProArt xətti fəaliyyətlərinin bir sıra aspektlərində mobilliyə üstünlük verən tələbkar, yaradıcı peşəkarlar üçün nəzərdə tutulub. Intel-in 13-cü nəsil prosessorları üzərində bazalanan ProArt Studiobook noutbukları cari ildi aktuallığını qoruyub saxlaya biləcəyinə şübhə olmasa da, ASUS xətti güclü və eyni zamanda nazik və yüngül ProArt P16 noutbuku, ultrakompakt ProArt PZ13 planşet-noutbuk və yüksək məhsuldarlığı olan diskret qrafikalı ProArt PX13 transformeri sayəsində genişləndirmək qərarına gəlib.
ASUS işlərinin bir çox aspektlərində mobilliyə üstünlük verən tələbkar yaradıcı peşəkarlar üçün nəzərdə tutulub. Əlbəttə ki, 13-cü nəsil Intel prosessorlarına əsaslanan ProArt Studiobook bu il də aktuallığını qoruyacaq, lakin ASUS güclü, lakin nazik və yüngül ProArt P16, ultra yığcam ProArt PZ13 noutbuk planşetləri və yüksək keyfiyyətli kompüterlərlə xətti genişləndirir. -ProArt diskret qrafikası PX13 ilə dəyişdirilə bilən performans.
Bu gün 16 düymluq ekranı sayəsində həm studiyada, həm də sərbəst mühitdə yaradıcı iş üçün mükəmməl noutbukun nümunəsi olan ASUS ProArt P16 (H7606) danışırıq. Bu qurğu əsasən yaradıcı istifadəçilər üçün xüsusilə vacib olan üstünlüklərə malikdir. Şirkət bu seriyanı iri həcmli operativ yaddaş və güclü prosessorla təchiz edir. Bütün bunların sayəsində peşəkar kontent yaradıcıları üçün ProArt P16 mükəmməl, lakin eyni zamanda əlçatan variantlardan birinə çevirir.
Dizayn və erqonomika
Bütün yeni ProArt xətti Nano Black rəngində işlənib. Hətta qapaqdakı ProArt loqosu və ekranın altındakı yazılar kimi brend elementləri də qara rəngdə və demək olar ki, gözə görünməzdir. Üst qapaq və daxili panel ləkə və barmaq izlərini əks etdirməyən xüsusi materialla örtüldüyündən, laptopun səliqəsiz görünəcəyindən narahat olmağa dəyməz.
Eyni ilə bütün digər cəhətlərinə görə də noutbuk premium quruluş keyfiyyətinə məxsusdur. Yeganə mənfi cəhət ekranın yalnız 130 dərəcə əyilməsidir ki, bu da, soyutma sisteminin radiatorlarının noutbukun arxa hissəsində, ilmə qapaqlarının altında yerləşməsi ilə əlaqədardır. Ümumiyyətlə isə, bu model bazarda ən gözəl və praktik noutbuklardan biridir.
Portlara gəlincə, noutbuk tam ölçülü HDMI, USB Type-C və USB Type-A portları, audio giriş və SD kart oxuyucusu da daxil olmaqla lazım ola biləcək bütün girişlərlə təmin edilib. Gövdənin hər iki tərəfində yerləşən USB Type-C portları dolumu dəstəkləyir. Bu modelin barmaq izi skaneri olmasa da, istifadəçi Windows Hello, süni intellekt dəstəyi ilə ASUS AiSense veb kamerası əldə edir və o, həmçinin adaptiv qaralmanı və ya göz izləmə ilə ekranı söndürmək kimi üstünlükləri dəstəkləyir.
Klaviatura və DialPad virtual kontrollerli iri taçpəd (touchpad)
ProArt P16 mükəmməl klaviatura və DialPad sahəsi olan nəhəng şüşə taçpəd təklif edir. Modelin minimalistik tərtibati olan klaviaturası, sağda və solda dinamiklərin hörmə şəbəkəsinin yerləşdiyi geniş sahəsi nəzərdə tutulub. Düymələr müsbət cavablamaya malik olub, dəqiq və səssiz çap üçün mükəmməldir. Düymələr yalnız ağ LED-lərlə işıqlandırılır, lakin alt işıq kifayət qədər parlaqdır və bərabər paylanır. Alt işıq söndükdən sonra taçpədə toxunduqda, o yenidən aktivləşir. Klaviaturada Microsoft-un AI köməkçisinə tez daxil olmaq üçün Copilot düyməsi var.
Taçpəd ümumi istifadə, sürüşdürmə, jest və sıxma üçün mükəmməl şüşə səthdən ibarətdir. Panelin yuxarı sol küncündə ASUS Dial aparat kontrollerinin analoqu olan (ProArt Studiobook noutbuklarında fiziki nəzarətçinin analoqu olmayan) virtual DialPad nəzarətçisi mövcuddur və Adobe After Effects, Photoshop, Premiere Pro və Lightroom kimi proqramların geniş funksiyalarının istifadəsini asanlaşdırır. İstifadəçi toxunma panelində bir hərəkətlə DialPad kontrollerini aktivləşdirə və ya gizlədilə bilər.
Möhtəşəm 16-düymluq OLED-displey
Bu model yalnız 4K icazəsi olan OLED sensor displeyi ilə əlçatandır, onun panelinin üzərində dicitayzer təbəqəsi və qoruyucu şüşə qatı var. Bu, 60Hz yenilənmə tezliyi, gözəl rəngləri, mükəmməl qara çaları və zəngin kontrastı olan panel demək olar ki, ani cavablama qabiliyyətinə malikdir. İstehsalçının iddiasına görə ekran sRGB rəng palitrasını 100% əhatə edir, 97,2% Adobe RGB və 99,6% DCI-P3, həmçinin HDR500 dəstəkləyir.
Ekran öncədən kalibrlənib və bərabər rəng və parlaqlığa malikdir. OLED displeylərdə titrəməni gözə alsaq belə, ASUS cihazlarının istifadəsi zamanı bu problem o qədər də nəzərə çarpmır. Belə ki, Windows-da parlaqlığı standart elementlərlə tənzimləmək əvəzinə, MyAsus proqramında mövcud olan ayarlarla OLED ekranın qaralma imkanından istifadə etmək kifayətdir. Bu imkan xüsusilə gecə və zəif işıqlanma şəraitində noutbukdan istifadə edərkən faydalıdır.
AMD Ryzen AI 9 HX 370 prosessoru və GeForce RTX 4070 videokartı
Ən öncül konfiqurasiyada ProArt P16 (H7606) inteqrasiya olunmuş AMD Radeon 890M qrafikalı AMD Ryzen AI 9 HX 370 prosessoru, NVIDIA GeForce RTX 4070 diskret qrafikası (daha zəif modellər üçün isə NVIDIA GeForce RTX 4060 tətbiq olunub), 64 GB DDR5-7500 RAM və 2 TB tutumlu PCIe 4.0 SSD-doldurucusu ilə təchiz edilib. AMD Ryzen AI 9 HX 370 (5,1 GHz-ə qədər 12 nüvə, 24 axın, 36 MB keş, TDP 15-45 Vt, 81 TOPS-a qədər) dörd ədəd Performance Zen5 nüvəsi və Hyper-Threading-li səkkiz ədəd Efficiency Zen5c nüvəsi olan tamamailə yeni bir arxitekturadır. O, həmçinin 80 Vt-a qədər fasiləsiz enerji təmin edən cari nəslin ən güclü prosessorudur. Bundan əlavə, prosessor, öz sinfində 50 TOPS-da ən yüksək süni intellekt imkanları olan RDNA 3.5 qrafikası və yüksək sürətli XDNA 2 neyromodulu ilə təchiz edilib.
Eyni zamanda, bu noutbukda olan NVIDIA GeForce RTX 40 seriyalı qrafik videoadapteri 321 TOPS-a qədər generasiya etmək imkanına malikdir. Məlumatı buludlara göndərmədən, lokal qaydada süni intellekt alqoritmlərini tez və səmərəli hesablamaq üçün ən azı 40 TOPS məhsuldarlıq səviyyəsi tələb olunduğundan, videoadapterin bu qabiliyyəti olduqca önəmlidir. Bu rəqəm nə qədər yüksək olarsa, tətbiq və süni intellekt funksiyalarının developerləri üçün bir o qədər geniş imkanlar açılır.
Xatırladaq ki, NVIDIA GeForce RTX 4070 diskret qrafikası Adobe, Autodesk, Avid, Blackmagic Design, Epic, Maxon, Unity və digər proqramlar da daxil olmaqla bir sıra istehsalçıları peşəkar yaradıcı proqramlarında sürət və sabitlik üçün optimallaşdırılmış Studio drayverləri ilə təchiz olunub.
Operativ yaddaşa gəlincə, seriya 32GB və ya 64GB LPDDR5x-7500 RAM ilə konfiqurasiyalarda əlçatandır. 64GB seçimləri yalnız NVIDIA GeForce RTX 4070 ilə seçilmiş konfiqurasiyalarda təklif olunur, digər modellər isə 32GB ilə təklif olunur. Məlumatların saxlanması üçün bu seriyada iki M.2 PCIe 4.0 yuvası var.
Bütün bu prosesləri intensiv hesablamalar üçün maksimum gücdə fasiləsiz işləməyi təmin edən səmərəli sistem soyudur. Sistemə premium oyun markası olan ROG-un Thermal Grizzly maye metal termointerfeysi, toz filtrləri və gücləndirilmiş hava axını yaradan üç ventilyator sistemi kimi qabaqcıl texnologiyalar daxildir.
Aşağı tələbi olan tapşırıqlar üçün «0 dB» səssiz rejimi nəzərdə tutulub. Həmçinin ASUS özünün ProArt Creator Hub idarəetmə tətbiqi çərçivəsində müxtəli tənzimləmələri və ventilyator profilləri olan Whisper, Standard, Performance və Manual standart qidalanma profillərini təklif edir.
ASUS ProArt P16 (H7606) qısa texniki xüsusiyyətləri:
Operativ sistem | Windows 11 Home/Pro |
Prosessor | AMD Ryzen™ AI 9 HX 370 (12 nüvə, 24 axın; 5,1 GHz-ə qədər), AMD Ryzen AI |
Neyron prosessoru
(AI-sürətləndiricisi) |
XDNA, 50 TOPS |
Qrafika | noutbuklar üçün NVIDIA GeForce RTX 4070 , 8GB GDDR6, (model H7606WI) noutbuklar üçün NVIDIA GeForce RTX 4060, 8GB GDDR6, (model H7606WV) AMD Radeon 890M Graphics |
Displey | 16,4” 16:10 OLED 4K (3840×2400) 60 Hz, parlaqlıq 400 kd/m 2, maksimum parlaqlıq 550 kd/m 2, kontrast 1000 000:1, cavablama müddəti 0,2 ms, Display HDR True Black 500 sertifikatlaşması, rəng dəeinliyi 1,07 mlrd qədər, Pantone Validated və SGS sertifikatları, parlaq, sesnsorlu, 70% daha az göy işıq, ekranın nisbi sahəsi 88%, geniş baxış bucaqları; DCI-P3 100% tutumu; Delta E < 1; Tənzimlənən rəng sahəsi. Corning® Gorilla® Glass NBT müdafiə şüşəsi. ASUS Pen (4096 sıxma qradasiyası) stilusunun dəstəklənməsi |
İkinci displey | yoxdur |
Operativ yaddaş | plata üzərində 32 və ya 64 GB LPDDR5X-7500 |
Yaddaş (doldurucu) | İkiyə qədər SSD 1 və ya 2 ТБ PCIe 4.0 Performance SSD |
Girişlər | 1 USB 4.0 Gen3 Type-C (40 Gbit/s, displey, Power Delivery dolum) 1 USB 3.2 Gen2 Type-C (10 Gbit/s, displey, Power Delivery dolum) 2 USB-A 3.2 Gen2 1 HDMI 2.1 FRL 3,5-mm audiogiriş SD Express 7.0 kart oxuyucusu |
İnterfeyslər | Wi-Fi 7 (802.11be) 3 diapazon 2×2, Bluetooth 5.4 Windows Hello və gizlilik pərdəsini dıstıkləyən FHD infraqırmızı kamerası шторкой |
Firma PT ProArt Creator Hub StoryCube MuseTree MyASUS
|
PT ProArt Creator Hubpeşəkar yaradıcı iş üçün funksiyaların tənzimlənməsi Displeyin rəng sahəsinin seçimi ASUS OLED Care displeyin müdafiəsi |
İdarəetmə | Altişıqlı membranlı klaviatura
Düymə enişi 1.7 mm Capilot rəqəmsal köməkçisinin qabardılmış düyməsi Tikişsiz yüksək həssaslığı olan taçpəd |
Digər | FHD İQ ASUS AiSense Kamerası 6 dinamikli harman/kardonaudiosistemi 3 mikrofondan ibarət massiv Microsoft Pluton təhlükəsizlik prosessoru US MIL-STD 810H hərbi təyinatlı standart |
Batareya və qidalanma | 20 saata qədər avtonom iş; sürətli dolum (0-60% 49 dəq); 90 VTs, 4 port; QB 200 Vt(düzbucaqlı giriş); Power Delivery 100 Vt-a qədər (USB-C) dəstəklənməsi |
Ölçü və çəki
Rəng |
355х247х14,9-17,3 mm; 1,85 kq Qara |
Sərhədsiz kreativliyi olan yaradıcı noutbuk
Copilot+ konsepsiyasında hazırlanmış qurğular üçün artıq standart funksiyalar dəstindən və özəl MyASUS proqram təminatından əlavə, ProArt P16 noutbuku bu xəttə xas olan bir sıra digər xüsusiyyətlərlə də təchiz edilib. Xüsusi imkanlar sırasına ProArt Creator Hub xüsusi proqram təminatı da daxildir. Sözügedən təminat, avadanlığın monitorinqi və məhsuldarlıq tənzimləmə alətləri, ekranın kalibrlənməsi və rəng məkanının seçimi, ASUS DialPad kontrollerinin ayarlanması və xüsusi düymələrin proqramlaşdırılmasını özündə birləşdirən peşəkar noutbuk tənzimləməsi üçün güclü alətdir.
Bundan əlavə, noutbuk öncədən quraşdırılmış ASUS kreativ AI-tətbiqləri — StoryCube və MuseTree ilə təmin edilib. Birinci tətbiq buludda və lokal yaddaşda foto və videoların sürətli axtarışı, ixracı/idxalı və nizamlanması üçün media qalereyaya malikdir. İkincisi isə tapşırığı yalnız mətn daxiletməsi ilə yanaşı, həm də bir ideya xəritəsi və hətta əl eskizlərini belə dəstəkləyən, internetə qoşulmadan şəkillər yaratmaq üçün nəzərdə tutulan tətbiqdir.
Beləliklə ASUS ProArt P16 noutbuku süni intellekt məsələrinin həlli zamanı öncül funksionallığı, hərbi-sənaye standartına uyğun davamlılığı və uzunmüddətli avtonom iş kimi bir sıra üstünlükləri ilə istənilən məkanı yaradıcılıq studiyasına çevirə bilər! Bonus qismində, noutbuk alıcıları Adobe Creative Cloud-a 3 aylıq və CapCut-a 6 aylıq ödüənişsiz abunəlik əldə edirlər.