spot_img
21 ноября, 2024
ДомойТелекомСобытия“Noventiq Azərbaycan” “Microsoft»dan "İlin Tərəfdaşı-2024" mükafatını qazandı

“Noventiq Azərbaycan” “Microsoft»dan «İlin Tərəfdaşı-2024» mükafatını qazandı

Ruslan Mamiyev, Biznesin İnkişafı üzrə Direktor ilə müsahibə.

— Zəhmət olmasa, Azərbaycan bazarında “Microsoft” ilə əməkdaşlıq təcrübəniz, o cümlədən bu əməkdaşlığın əsas mərhələləri və şirkətin yeni səviyyəyə yüksəlməsinə kömək edən nailiyyətlər barədə məlumat verərdiniz.

— “Noventiq Azərbaycan”ın “Microsoft” ilə əməkdaşlıq onların Azərbaycanda lisenziyalarını təqdim etməyimizlə başladı. Daha sonra texniki heyətin gücləndirilməsi hesabına və “Microsoft” texnologiyalarının peşəkar pilot xidmətlərinin əlavə edilməsi ilə xidmətlərin həcmi genişləndirildi.

Bu transformasiya bizə “Microsoft”un yüksək keyfiyyətli həllərin və xidmətlərinin göstərilməsi və müştərilərimizə ən yaxşı şərtlərin təklif edilməsi imkanının əldə olunması ilə yanaşı, həmçinin Azərbaycanın dövlət və özəl şirkətlərinə bu məhsul və xidmətlərdən maksimum səmərəli istifadə etməyə, onların daxili proseslərinin səmərəliliyini və rəqabət qabiliyyətini artırmağa kömək etdi.

— Yaxın illərdə “Microsoft” məhsulları sayəsində Azərbaycan bazarında hansı tendensiyalar və dəyişikliklər gözləyirsiniz?

— Proqnozlarımıza görə, növbəti illərdə “Microsoft”un həlləri Azərbaycanda texnologiyaların inkişafına əhəmiyyətli təsir göstərəcək. Bu, xüsusilə qabaqcıl texnologiyaları və süni intellekti öz biznes proseslərinə tətbiq etməyə başlayacaq böyük şirkətlərə təsir edəcək. Bu cür dəyişikliklər onların uyğunlaşma və yenilik tətbiqetmə qabiliyyətini artıracaq ki, bu da onlara bazarda mövqelərini əhəmiyyətli dərəcədə gücləndirməyə imkan verəcək.

Şirkətin mükafata layiq görülməsinə gedən yoldan bəhs edərdiniz. “Noventiq Azərbaycan”ı «İlin Tərəfdaşı» edən nə oldu?

— “Microsoft”un bizim şirkətə təqdim etdiyi «İlin Tərəfdaşı-2024» mükafatı məqsədyönlü işimizin və müştəri xidmətində mükəmməlliyə doğru daimi can atmağımızın nəticəsidir. Biz “Microsoft” tərəfindən yüksək qiymətləndirilən bir sıra innovativ layihələr həyata keçirdik. Bu nailiyyətlər bizə tərəfdaşlar arasında fərqlənməyə və «İlin Tərəfdaşı» titulunu qazanmağa imkan verdi.

— “Microsoft”un tərəfdaşı kimi “Noventiq Azərbaycan”ın əsas üstünlükləri nədən ibarətdir?

— Əsas üstünlüklərimizdən biri hər bir müştəriyə, seçimdən tətbiqə və bütün mərhələlərdə dəstəyə qədər, fərdiləşdirilmiş həllər təqdim etməkdir. Biz həmçinin bazarda mürəkkəb məsələləri həll edə bilən yüksək ixtisaslı mütəxəssislərdən ibarət heyət formalaşdırmaq üçün qlobal texniki ekspertiza və təcrübə cəlb edirik. Bu amillər bizə uğur qazandırır və bizi etibarlı “Microsoft” tərəfdaşı kimi fərqləndirir.

— Bu mükafatı almaq üçün hansı çətinlikləri aşmalı oldunuz və komandanız bunu   necə həll etməyi bacardı?

— “Noventiq Azərbaycan” bu mükafatı qazanmaq üçün ciddi çətinliklərlə üzləşdi və bu yolda qarşılaşdığımız əsas problemlərdən biri müştərilərin yeni və innovativ həllərə ilkin skeptisizmi idi ki, bu da onların tətbiqində əlavə maneələr yaradırdı.

Biz buna həllərimizin üstünlüklərinin ətraflı əsaslandırılmasını təmin etməklə, onların etibarlılığını və effektivliyini nümayiş etdirməklə, həmçinin əlavə məsləhətləşmələr və danışıqlar aparmaqla cavab verdik.

Bundan əlavə, texnologiyanın sürətli inkişafı bizdən bilik və bacarıqlarımızı daim yeniləməyi tələb edirdi. Bu, aktiv şəkildə öyrənmə və yeni şəraitə sürətli uyğunlaşma zərurəti demək idi. Bütün səylərimizi səfərbər edərək, biz nəinki rəqabət qabiliyyətimizi qoruyub saxlaya bildik, həm də müştərilərin dəyişən ehtiyaclarına səmərəli şəkildə cavab verə bildik. Görülən işlərdən sonra biz müştərilərin şübhələrini aradan qaldıra, dəyişkən şəraitə uğurla uyğunlaşa və mükəmməl nəticələr əldə edə bildik ki, bu da ixtisaslaşmağımızı və işə sadiqliyimizi təsdiqlədi.

— Bu mükafat korporativ İT sənayesinə necə töhfə verir və mövcud və potensial tərəfdaşlar və müştərilərlə qarşılıqlı əlaqələrinizə necə təsir göstərə bilər?

— «İlin Tərəfdaşı-2024» mükafatı, “Microsoft” ilə münasibətlərimizdəki mühüm mərhələni qeyd edərək, Azərbaycanda innovasiya və xidmət keyfiyyəti sahəsində aparıcı statusumuzu vurğulayır. Dünyanın texnologiya nəhənglərindən biri tərəfindən bu tanınma müştərilər və tərəfdaşlar arasında qazandığımız yüksək etimad səviyyəsini təsdiqləyir.

Mükafat “Microsoft” və müştərilərimizlə əməkdaşlığı dərinləşdirmək üçün yeni imkanlar açır və onların cari və gələcək ehtiyaclarını ödəmək üçün daha innovativ və səmərəli həllər təklif etməyə imkan verir.

— Gələcək inkişaf üçün hansı planlarınız var? Yaxın gələcəkdə tərəfdaşlığı gücləndirməyə yönəlmiş hər hansı yeni layihələr və ya təşəbbüslər varmı?

— Biz “Microsoft” ilə tərəfdaşlığımızı aktiv şəkildə gücləndiririk və hazırlıq mərhələsində bir neçə strateji əhəmiyyətli layihəmiz var. Yaxın gələcəkdə “Microsoft Azure” və digər bulud həllərini daxil etməklə portfelimizi genişləndirməyi planlaşdırırıq. Biz artıq Azərbaycanda “Microsoft”un aparıcı tərəfdaşlarından biri olsaq da, məhsul və xidmətlərimizi genişləndirməyə davam edirik.

Biz həmçinin surətçıxarma, maşın öyrənməsi və məlumatların təhlili üçün “Microsoft” texnologiyalarından istifadə edərək innovativ layihələr həyata keçirəcəyik. Xidmətlərimizin aktual və səmərəli qalması üçün əməkdaşlarımızı və müştərilərimizi “Microsoft”un ən son nailiyyətləri və onların tətbiqi ilə müntəzəm olaraq tanış edəcəyik.

— Uğurlu tərəfdaşlıq üçün hansı prinsip və dəyərləri ən vacib hesab edirsiniz?

— “Noventiq Azərbaycan” olaraq biz qarşılıqlı etimad, innovasiya və mükəmməlliyə əsaslanan uzunmüddətli tərəfdaşlıq münasibətlərinin yaradılmasına və saxlanmasına diqqət yetiririk. Biz əminik ki, “Microsoft” və müştərilərimizlə uğurlu əməkdaşlıq üçün açıqlıq, dürüstlük və şəffaflıq əsas amillərdir. Məqsədimiz birlikdə yeni uğurlar qazanmağa imkan verəcək güclü və etibarlı münasibətlər qurmaqdır.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
715ПодписчикиПодписаться
- Реклама -