Smart Pikachu ləqəbli tanınmış insayder bildirib ki, Xiaomi artıq “üçlü” qatlanan telefon üzərində işləyir. Təəssüf ki, o, qadcetin xüsusiyyətlərini və buraxılış tarixini açıqlamayıb. Yeni məhsul yəqin ki, 2025-ci ilin sonunda yeni Snapdragon prosessoru ilə birlikdə nümayiş etdiriləcək.
İlkin məlumata görə, analoji dizayna malik ilk kütləvi istehsal edilmiş smartfon HUAWEI qadceti olmalıdır.