spot_img
22 ноября, 2024
ДомойSoftwareМобильные приложенияTikTok-da Azərbaycan teatrların videolarına 380.000-dən çox baxıblar

TikTok-da Azərbaycan teatrların videolarına 380.000-dən çox baxıblar

Ümumdünya Teatr Günü şərəfinə aparıcı qısa video platforması TikTok artıq TikTok hesablarını açmış və #TikTokdanÖyrən layihəsi üçün mədəni və maarifləndirici məzmun yaradan Azərbaycan teatrlarından bəhs edir. Layihədə ölkənin hər yerindən 14 teatr iştirak edib.

Hər gün 1 milyarddan çox istifadəçi üfüqlərini genişləndirmək, maraqlı ideyalar kəşf etmək, yeni nəsə öyrənmək və ətrafdakı dünyanı kəşf etmək üçün TikTok-a gəlir. What’s Next 2024 Trend Report qlobal illik araşdırmasına görə, TikTok istifadəçilərinin 67%-i platforma vasitəsilə müxtəlif insanlar və mədəniyyətlər haqqında məlumat əldə etdiklərini bildirib.

TikTok təhsil məzmunu yaradıcıları, eləcə də təhsil və mədəniyyət təşkilatları üçün böyük fürsətlər yerinə çevrilib. Azərbaycanda təhsil məzmununun yaradılmasını stimullaşdırmaq üçün TikTok Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən təşəbbüsünü başlatdı. Layihə başa çatmamış hələ də maarifləndirici məzmuna ciddi istifadəçi marağı görünür: məsələn, cəmi bir ay ərzində Azərbaycanda istifadəçilər 9 mindən çox maarifləndirici video yaradıblar.

Layihəyə müxtəlif mədəniyyət qurumları da fəal qoşulub və onlardan ən fəalı teatrlar olub. Layihədə artıq Azərbaycanın 14 teatrı iştirak edir. TikTok-da canlı və maraqlı məzmun yaradan bəzi hesablar bunlardır:

  • Dövlət Gənc Tamaşaçılar Teatrı @gnc.tamaalar.teat öz hesabında aktyorların necə məşq etdiyini göstərir, tamaşaçılara öz kulislərini açır, dekorasiyaların quraşdırılmasını, makiyajın tətbiqi prosesini, tamaşaçıların səmimi reaksiyalarını, canlı səhnələri, tamaşalar, geyimlərin dizaynı və seçimi — və daha çox məqamları nümyiş etdirir.
  • Dövlət Akademik Rus Dram Teatrı @rusdrama.az izləyicilərə tamaşaların necə hadırlandığını izah edir, tamaşalardan parçalar və tamaşaçıların emosiyalarını göstərir, aktyorlarının ayrı-ayrı peşəkar hekayələrini danışır, tamaşaçıları bayram münasibətilə təbrik edir və aktyorların məşqlərdən kənar sərbəst vaxtda nə etdiklərini göstərir.
  • Dövlət Akademik Musiqili Teatrının @akademik.musiqili hesabında aktyorlar işlərini birinci ağızdan paylaşırlar. Orada siz həm də tamaşalardan fraqmentlərə baxa və onlardan hansının bir tamaşaçı kimi daha çox bəyənəcəyinizi qiymətləndirə bilərsiniz.
  • Və təbii ki, siz Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının hesabına diqqət yetirməlisiniz, burada sevimli aktyorların çıxışlarına hazırlıqla bağlı hər şeyi öyrənə, tamaşa zalının ab-havasına, baxa qeyri-adi gözəlliyə malik opera əsərlərindən parçalara baxa və hətta dinləyə bilərsiniz.

Azərbaycanın bir çox teatrın TikTok-u bu yaxınlarda mənimsəməyə başlamasına baxmayaraq, onlar artıq tamaşaçıları cəlb etmək və kreativ video formatları ilə sınaqdan keçirməkdə mühüm nailiyyətlər əldə edirlər: onların hesablarında olan videolar artıq ümumilikdə 400 minə yaxın baxış toplayıb.

Xatırladaq ki, #TikTokdanÖyrən təşəbbüsü çərçivəsində istifadəçilər layihə həştəqindən istifadə edərək müxtəlif mövzularda maarifləndirici videolar paylaşmağa dəvət olunur. İstifadəçilər üç kateqoriya üzrə ən yaxşı videolar üçün müsabiqədə iştirak edə bilərlər. Qaliblər TikTok-dan qiymətli hədiyyələr — TikTok üçün daha yaxşı məzmun yaratmağa imkan verən iPhone smartfonları qazanacaqlar. Müsabiqədə iştirak etmək üçün istifadəçilər 21 fevral — 21 aprel 2024-cü il tarixləri arasında müsabiqənin mövzusuna uyğun olaraq ən azı 30 saniyəlik maarifləndirici videolar çəkməli və #TikTokdanÖyrən həştəqi ilə öz hesablarına yerləşdirməlidirlər. Qaliblər aprelin 30-dək layihənin TikTok səhifəsində elan olunacaq.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -