spot_img
2 мая, 2024
ДомойТехнологииСмартфоныiPhone 15 və iPhone 15 Pro istifadəçiləri qane etmir

iPhone 15 və iPhone 15 Pro istifadəçiləri qane etmir

Məşhur AnTuTu bençmarkının komandası ən yüksək istifadəçi məmnuniyyəti reytinqini alan iOS əməliyyat sistemi əsasında Apple mobil cihazlarının yeni reytinqini dərc edib. 2023-cü ilin noyabr ayının sonuna olan məlumata görə, ən son iPhone 15 smartfonlarının satışlarının ilk aylarını ümumiləşdirmək mümkündür.

İkinci yerdə 2020-ci ilin sentyabrında debüt edən iPad Air 4 planşeti (96,4%) qərarlaşıb. Üçüncü yerdə isə 3 il qabaq debüt edən 95,91%-lə yığcam iPhone 12 mini-dir.

İlk onluğu iPhone SE2, iPad Pro 4 (12,9 düym), iPad Pro 3 (11 düym), iPad Air 5, iPad mini 5 və «əməkdar veteran» iPhone 8 tamamlayır. 11-20-ci yerlərdə bu cihazlar qərarlaşıblar:

  • iPad Pro (11 düym) — 93,07%;
  • iPad Pro 5 (12,9 düym) — 92,67%;
  • iPhone 13 mini — 91,84%;
  • iPad Pro 3 (12,9 düym) — 91,43%;
  • iPhone 11 Pro — 91,13%;
  • iPad 8 — 90,49%;
  • iPad Air 3 — 90,1%;
  • iPhone 11 Pro Max — 89,64%;
  • iPhone SE3 — 89,45%.

iPhone XS Max və iPhone 11 ilk 20-ci yerlərdən yoxa çıxıblar. 84,23% müsbət rəylə 32-ci yeri tutan iPhone 15 Pro Max reytinqdə bütün iPhone 15 seriyasınında olan smartfonları qerida qoyub. iPhone 15 Pro 38-ci, iPhone 15 Plus 40-cı, iPhone 15 isə 42-ci yeri tutub.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,050ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -