spot_img
28 апреля, 2024
ДомойТехнологииHardwareASUS Zenbook xətti - möhtəşəm dizayn, yüksək keyfiyyət və qabaqcıl texnologiyaların mükəmməl...

ASUS Zenbook xətti — möhtəşəm dizayn, yüksək keyfiyyət və qabaqcıl texnologiyaların mükəmməl birləşməsi

ASUS noutbuklarının model xətti olduqca zəngin və çoxşaxəlidir. Zenbook seriyasının ultrabukları xüsusi seçilir. İlk dəfə bu nazik, dəbdəbəli işləməsi olan noutbuklar 2011-ci ildə satışa buraxılıb və dərhal populyarlıq qazanıb. Seriya yarandığı gündən durmadan təkmilləşməkdədir.

Bu icmalda biz, “klassik” Zenbook, ultranazik Zenbook S və vaxtı ilə kiçik inqilaba səbəb olan iki ekranlı Zenbook Duo noutbuklarının xüsusiyyətlərindən bəhs edəcəyik. Bir sıra fərqlərə baxmayaraq, bu noutbukların ortaq cəhətləri də var. Məsələn, ASUS kütləvi noutbuk modellərinə OLED ekran tətbiq edən ilk şirkətlərdən biridir. 2023-cü ildən isə daha yüksək təsvir keyfiyyəti olan ASUS Lumina OLED ekranları tətbiq olunur.

Bütün Zenbook noutbuklarının MIL-STD 810H hərbi standartına uyğun məruz qaldığı etibarlılıq test sistemini də qeyd etməliyik. İldən ilə bu testlər genişlənərək, daha da ciddiləşir. Bu gün sınaqlara vibrasiya və hərarət dəyişikliyi ilə yanaşı, həm də qum və tozla üfürmə də daxildir. ASUS Zenbook-ları ekstremal şəraitdə iş üçün nəzərdə tutumasa da, bu cür etibarlılıq dərəcəsi ofis şəraitində də yarayacaq.

Zenbook S 13 OLED (UX5304VA) — istənilən şəraitdə iş üçün nəzərdə tutulan çevik və yığcam noutbuk

Zenbook S 13 OLED (UX5304VA)

Möhkəm, eyni zamanda ultrayüngül noutbuk tapmaq o qədər də asan deyil. Əgər bu göstəricilər üzrə qurğu axtarırsınızsa, məhz ASUS Zenbook S 13 OLED seçməyiniz tövsiyyə olunur. Bu, 13,3 düymluq ultrabukun eni 1 sm, çəkisi isə 1 kq-dır. Noutbukun ölçüləri onu istənilən çantaya, hətta bel çantasına asanlıqla yerləşdirmək imkanı verir. Bundan əlavə, yığcamlığına baxmayaraq, onun rajat keybordu (klaviaturası) və iri taçpədi (touchpad — toxunma sahəsi) var. 2,8K icazəsi, inanılmaz nazik NanoEdge çərçivəli ASUS Lumina OLED displeyi həm iş, həm də əyləncə üçün yararlıdır. OLED-ekranlar adətən akkumulyatorun istifadə müddətini azaltsa da, bu modeldə vəziyyət tamamilə fərqlidir. Bu, bazarda təqdim olunan, Pantone və DisplayHDR True Black 500 sertifikatları ilə təsdiqlənmiş möhtəşəm rəngötürücülüyü və görmə qabiliyyətinə yükləməni azaldan göy işıq filtrlənməsi ilə təchiz edilmiş ən mükəmməl matrislardan biridir.

Artırılmış soyutma sistemi sayəsində, qurğunun mobilliyinə ziyan vurmadan, 13-cü nəsil Intel Core i7 prosessorunun gücünü 20% artlrmaq mümkün olub. Akkumulyator 14 saata qədər avtonom şəkildə işlədiyindən, təsadüfən şarj cihazını unutmağınız belə sizə problem yaratmayacaq. Plasma Ceramic Aluminum alüminium oksid keramikasından hazırlanmış korpusun möhtəşəm işlənməsi yüksək dözümlülüklə yanaşı, həm də xoş toxunuşu təmin edir. İstehsal zamanı güclü turşular və ağır metallardan istifadə edilmir. Bundan əlavə, istehsal zamanı gövdənin metalından tutmuş, plastiksiz və yapışqansız, sadəcə təmiz mənbələrdən əldə olunan kağız qablaşdırmaya qədər bütün elementlərin təkrar emal materiallarından hazırlandığından, ASUS Zenbook S 13 OLED şirkətin ən ekoloji noutbuku adını daşıyır.

Zenbook 14X OLED (UX3404VA) — sadəcə gözəllik deyil

Asus Zenbook 14X OLED — əlverişli qiymətə yüksək göstəriciləri özündə birləşdirən, sadə və praktik noutbuk həvəskarlarının seçimidir. Bu qiymət seqmentində daha nazik, daha yüngül və ya daha güclü noutbuk tapmaq mümkün olsa da, adətən ya displeyin və keybordun keyfiyyətinin düşməsi, habelə avtonom iş müddətinin azalması problemi üzə çıxır. ASUS, Zenbook 14X OLED-i yaradarkən bütün bu xoşagəlməz məqamlardan yan keçməklə yanaşı, həm də daha bahalı modellərin xüsusiyyətlərinə uyğun göstəriciləri təmin edib. Bu nazik və yüngül noutbukun gövdəsi (korpusu) Zenbook S 13 OLED modelində olduğu kimi premium klass alüminium oksid keramikası ilə işlənib. 14 düymluq, 2880×1800 piksel icazəsi olan ASUS Lumina OLED ekranı artırılmış 120 Hz tezlik və dəqiq rəngötürücülüyü təklif edir. Gövdənin qalınlığı cəmi 1,5 sm olsa da, istehsalçı, 13-cü nəsil güclü Intel Core prosessorunu tətbiq etməyi bacarıb.

Sınaqlar göstərir ki, yeni Zenbook əvvəlki modeldən 1,5 dəfə daha sürətlidir. Zenbook 14X OLED modelinin çəkisi cəmi 1,5 kq, akkumulyatorun həcmi isə 700 Vt/s olduğundan, elektrik yuvasına bağlı qalmadan, mobillik tam təmin olunub. Əlavə olaraq, qurğu HDMI, USB-A, habelə şarj etməyə və əlavə displey qoşmağa imkan verən iki ədəd USB-C/Thunderbolt 4 yuvaları ilə təchiz edilib.

Zenbook Pro 14 Duo OLED (UX8402VV) — dizaynelərin xəyalı

İki displeyli Asus Zenbook Pro 14 Duo xüsusilə açıq vəziyyətdə olduqca cəlbedici görünür. Onun yüksək məhsuldarlığını isə NVIDIA RTX 4060 və Intel Core i9 təmin edir.

Hazırda bazarda artıq dördüncü nəsil əfsanəvi Zenbook Duo noutbuk seriyası sərgilənməkdədir. Səmərəli çox tapşırıqlı işləri görmək üçün nəzərdə tutulan iki ekranlı bu qurğu, həm də foto və videomontaj, 3D modelləşdirmə və səsyazma kimi yaradıcılıq tətbiqlərinin yüksək tələblərini də tam ödəməkdədir. 14,5 düymluq, 2,8K, 120 Hz tezlikli və 100% DCI P3 rəng sahəsini tutan möhtəşəm əsas OLED ekranla yanaşı, noutbuk, eyni göstəriciləri olan ScreenPad Plus üfüqi sensor ekranla da təchiz edilib. Noutbuk açıldıqda,bu köməkçi ekran da rahat bucaq altında avtomatik qalxır. İkinci ekran Adobe tətbiqlərinin idarə edilməsi üçün tənzimlənən iş sahəsi olmaqla yanaşı, həm də stilusla işi də dəstəkləyir. Yığcamlığına baxmayaraq, Zenbook Pro 14 Duo OLED, 14 nüvəli Intel Core i9-13900H flaqman prosessoru və yüksək məhsuldarlığı olan NVIDIA GeForce RTX 4060 qrafikası sayəsində peşəkar işçi stansiyası adını daşımaqdadır. Daha öncə yalnız ROG elit geymer seriyasının flaqman noutbuklarında tətbiq olunan aktiv aerodinamikalı AAS Ultra soyutma sistemi də Zenbook Pro 14 Duo OLED noutbukunda yer alıb.

Zenbook Pro 14 Duo OLED (UX8402VV)

Sonda qeyd edək ki, 1 noyabr-31 dekabr 2023 tarixlərində Zenbook, Vivobook S və Vivobook Pro seriyalarının istənilən noutbukunu əldə edərkən, ASUS şirkəti, Microsoft 365 ofis proqramları paketinin 1 illik aktivləşdirmə kodunu hədiyyə edir. Hədiyyəni əldə etmək üçün 7 yanvar 2024-cü il tarixinə qədər alışı https://asus.events/microsoft saytında* qeydiyyatdan keçirmək tələb olunur. Yüksək keyfiyyətli ASUS OLED ekranlı nazik, dəbdəbəli və məhsuldar Zenbook və Vivobook noutbukları təhsil, səfər, yaradıcı tətbiqlərlə iş və əyləncə üçün mükəmməldir. Seriya qurğuları arasında ultranazik 1 kq-lıq Zenbook S 13 OLED-dən tutmuş, ultragüclü Intel Core i9 prosessorlu Zenbook Pro 16 OLED modelinə qədər hər zövqə uyğun noutbuk tapmaq mümkündür.

 

* Aksiya Azərbaycan, Ermənistan, Gürcüstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistan ərazisində keçərlidir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -