spot_img
21 ноября, 2024
ДомойТехнологииHardwareASUS ExpertBook B9 OLED: tələbkar istifadəçilər üçün nazik biznes-noutbuk

ASUS ExpertBook B9 OLED: tələbkar istifadəçilər üçün nazik biznes-noutbuk

ASUS ExpertBook korporativ noutbuklar ailəsinə B1-dan (ExpertBook Essential baza modelləri) tutmuş, B9 (ExpertBook Premium flaqman noutbukları) modellərinə qədər geniş çeşiddə laptoplar daxildir. ASUS ExpertBook B9 premium sinif noutbuklar, ali rəhbərlik üçün nəzərdə tutulub. Bu qurğular ən yüksək etibarlılıq, məlumat təhlükəsizliyinin qorunması üçün alətlər toplusu, yüksək məhsuldarlıq şəraitində məxsusi çeviklik və istifadə rahatlığına malikdir.

Bundan əlavə, ASUS şirkətinin verdiyi məlumata görə, ASUS ExpertBook B9 OLED (B9403CVA) modeli, böyük ehtimalla OLED-ekranı olan və 11 saata qədər avtonom rejimdə çalışan ən yüngül biznes-noutbukdur.

ASUS ExpertBook B9, möhtəşəm, eyni zamanda sadə dizaynı və yüngüllüyü sayəsində mükəmməl biznes-noutbuk kimi daim diqqət çəkir.

Onun magnezium-alüminium birləşməsindən daha yüngül olan magnezium-litium ərintisindən hazırlanmış möhkəm korpusu (gövdəsi) (noutbukun çəkisi cəmi 990 qramdır), cəlbedici tünd göy rəngə boyandığından, ənənəvi qara və gümüşü rəngli beznes-noutbukları arasında nəzərə çarpır, eyni zamanda hər yerdə, hətta iclas otaqlarında belə olduqca sanballı görünür. Bu arada, ekran çərçivəsindən başqa noutbukun hər yerində magnezium-litium ərintisi tətbiq olunub. Dəbdəbəli görünüşə malik mat səth barmaq izləri və toz yığmır. Bundan əlavə, MIL-STD 810H etibarlılıq sertifikatı sayəsində, ExpertBook B9 hətta mütəmadi səfərlərdə belə istənilən çətinliklərə tab gətirir. Bu cür portativlik və uzunpmürlülük birləşməsinə nadir hallarda rast gəlmək olar.

Aparat içliyinə gəlincə, bizi, LPDDR5X-7500 644 GB operativ yaddaş, vPro dəstəkləyən Intel Iris Xe quraşdırılmış qrafikalı 13-cü nəsil Intel Core i7 prosessoru, 2 TB qədər sərtcisimli PCIe Gen 4 doldurucu kimi valehedici kəşflər gözləyir.

İki ventilyator və tozçıxarma funksiyası ilə təchiz olunmuş intellektual soyutma sistemi, məhsuldarlığın səmərəli idarəedilməsini təmin edir. Beləliklə, ASUS ExpertBook B9 (B9403) gözlənilən məhsuldarlığı artırmaq və noutbukun xarici görünüşü ilə zövq verməklə yanaşı, həm də displey və trekpadın dəyişiklikləri sayəsində daha üstün ümumi təəssürat yaradır.

Ən nəzərə çarpan yeniliklərdən biri — daha böyük OLED displeyinin təqdim edilməsidir. Əslində, ASUS bu tendensiyanı bütün noutbuklar seriyasında izləyir. Daha öncəki, 16:9 nisbətli IPS-displey, 2,8K və 16:10 nisbətli möhtəşəm OLED-displeylə əvəzlənib. Bununla da şaquli sahənin məhdudluq problemi həllini tapır, üstəlik, inanılmaz vizual istifadə təcrübəsini təmin edir.

Əgər noutbuk ekranının ölçüsü sizi qane etmirsə, ASUS ExpertBook B9 (B9403) iki Thunderbolt 4 USB Type-C və HDMI 2.0 yuvaları üzərindən eyni zamanda üç 4K ekranını qoşmağa imkan verir. ASUS ExpertBook B9 OLED (B9403CVA) ekranı, nazik çərçivəsini qoruyub saxlamaqla yanaşı, həm də gizli pərdəli frontal (ön) kamera, Windows Hello üçün İQ-kamera və videozənglər zamanı süni zəka əsasında çalışan istifadəçinin hərəkət izləmə funksiyası kimi yeniliklərlə təchiz edilib. Bu arada, noutbukun qapağı üzərindəki işıq diodu konfrans zənglər zamanı avtomatik şəkildə qırmızı rəngə boyanır ki, istifadəçini heç kim narahat etməsin.

Üstünlükləri sadalayarkən, ErgoLift şarnir mexanizmini də qeyd etmək lazımdır. Bu mexanizm ekranı 180° açmağa, gövdəni bir neçə dərəcə qaldırmaqla klaviaturada daha rahat işləməyə, soyutmanı və audiosistemin səslənmə keyfiyyətini artırmağa imkan verir. Akustik imkanlara gəlincə, sistem Dolby ATMOS texnologiyası ilə yanaşı, həm də ASUS AI Noise-Canceling intellektual səsboğma alətlərini və uzaq məsafəli iki mikrofonu dəstəkləyir.

Digər əhəmiyyətli təkmilləşdirmə, kursorun sərbəst hərəkəti üçün nəzərdə tutulan daha geniş şaquli sahəsi olan trekpadın tətbiqidir. Trekpad, əvvəlki modeldən 26,8% daha geniş olub, quraşdırılmış rəqəmsal klaviatura ilə təmin edilib. Fiziki keybord kimi, trekpad da suya davamlıdır (faktiki olaraq, üzərinə təsadüfən 0,5 l su dağılarsa belə, onun işinə ziyan dəyməz. Lakin, təbii ki, bunu təcrübə məqsədiylə etməmək tövsiyyə olunur) və alt işıqlarla təchiz olunub. Bundan əlavə, ExpertBook B9, sistemə daha tez daxil olmaq üçün NFC modulu, barmaq izi funksiyası və məlumatın şifrələnməsi üçün TPM 2.0 (Trusted Platform Module) kriptoprosessoru ilə təchiz edilib, eyni zamanda, zərərli proqram və viruslardan qorunmaq üçün aparat müdafiəsinə malikdir. Bütün bu alətlər məlumatlarınızın qorunması prosesini prinsipial yeni səviyyəyə qaldırıb.

Bu cəlbedici təkmilləşdirilmiş üstünlüklərdən əlavə, ASUS ExpertBook B9 OLED (B9403) modeli, orijinal ExpertBook B9 kimi məxsusi istifadəçi təcrübəsini sərgiləməkdədir. ASUS həm də dayanıqlı inkişaf nöqtəyi-nəzərindən səylərini əsirgəmədiyindən, istehsal müddəti 75% azaldılıb, təzyiq altında tökmə texnologiyası sayəsində material istehlakını 29%-ə qədər azaldıb. Bundan başqa, ASUS ExpertBook B9 modelinin metal detal həcminin 70%-i təkrar istehsal nəticəsində əldə olunub. Bu noutbuku nəinki istehsalatda, həmçinin istifadə prosesində ən ekoloji laptop adlandırmaq olar. Məsələn, təmirə yararlılıq 10 ballıq şkala üzrə 8,2 bala bərabərdir. Təmirə yararlılıq nə qədər yüksək olarsa, ətraf mühitə mənfi təsir o qədər az olar. Əlavə olaraq, noutbuk EnergyStar8 standartından 44% az enerji sərf etdiyindən, olduqca səmərəlidir. Üstəlik, devays ekoloji qablaşdırmada təqdim olunur. Əminliklə qeyd etmək olar ki, ASUS ExpertBook B9 OLED (B9403) modeli ekoloji cəhətdən nümunəvi noutbukdur.

Komplektə, xüsusilə biznesdə istifadə olunan noutbuk və kompüterlərin təhlükəsizlik səviyyəsini və məhsuldarlığını artırmaq üçün nəzərdə tutulan ASUS Business Manager proqramının aparat və proqram vəsaitləri daxil edilib. Sonuncu ASUS Business Manager V3.0 versiyası məlumatlara, veb-saytlara və sistem tənzimləmələrinə girişi təmin etmək və vacib faylların qorunub, saxlanması üçün lokal diskdə virtual şifrələnmiş bölmə yaratmaq kimi işlərdə administratorlara yardım edir. ASUS Business proqramı distribyutorlar üzərindən xüsusi sifarişlərin, yüksək reaksiyalı peşəkar komandanın iştirakını nəzərdə tutan çevik zəmanət proqramlarının, geniş xidmət mərkəzləri şəbəkəsinin yerləşdirilməsini və bir sıra digər üstünlükləri təklif edir. ExpertBook noutbuk xəttinin quraşdırılmış Proqram Təminatı, ASUS Cloud Recovery — buluddan bərpa sisteminin vəsaitlərini və ASUS Diagnostic Tool diaqnostika alətlərini özündə birləşdirir. İstehsal imkanlarının artırılması, smartfona qoşulma, diaqnostika və texniki dəstək, həmçinin ventilyatorun iş rejimini və məhsuldarlığı tənzimləmək üçün nəzərdə tutulan proqram və utilit toplusundan ibarət MyASUS Proqram Təminatını da unutmayaq.

XÜSUSİYYƏTLƏRİ:

Əməliyyat sistemi Windows 10 Pro, Windows 11 Pro
Prosessor Intel® Core™ i7-1365U (10 nüvə 2P+8E) qədər V-Pro Essential funksiyalı (seçim)
Qrafika Intel® Iris Xe
Displey 14” OLED 2.8K WQXGA+ (2880×1800) 16:10 qeyri-sensorlu parlaq, 400 kd/m2; Ensiz ekran çərçivəsi — ekran sahəsi ilə nisbətdə 90%, baxış bucağı 178°, rəng əhatəsi 100% DCI-P3, Pantone Validated;
Operativ yaddaş 8/16/32 GB LPDDR5-5200 ana platanın üzərində lehimlənib və ya
64 GB LPDDR5X-7500 ana platanın üzərində lehimlənib
Saxlama qurğusu 2 TB qədər PCIe 3.0 x4 (1 slot)
Girişlər 2 USB-C Thunderbolt 4/USB 4.0 ( DisplayPort dəstəkli 40 Qbit/s və Power Delivery), 1 USB-A 3.2, 1 USB-A 2.0, LAN (RJ45), HDMI 2.1 TMDS, Audio, microSD
İdarəetmə Mayedən qorunması olan klaviatura (400 ml) və alt işıqlanma,
Geniş ölçülü taçpəd
Təhlükəsizlik MIL-STD810H standartı üzrə sınanıb, V-Pro, TPM, Kensington Nano qıfılı, pərdəli və Windows Hello funksiyalı İQ-kamera 1080p, BIOS şifrə, SSD şifrə, barmaq izi skaneri
Əlavə Wi-Fi 6, WakeOnLAN,
Noutbukun geniş funksiyaları idarə etmək üçün MyASUS PT, yenilənmə və dəstək
Uzaq məsafəli iki mikrofonlu intellektual ASUS AI Noise-Canceling səsboğma sistemi
MyASUS Proqram Təminatı Sistemin diaqnostikası
Təhlükəsiz dolum
Ventilyatorların iş rejimi
Təsvirin optimallaşması (Splendid)
Videonun optimallaşması (Tru2Life)
İsti düymələr (Düymələr birləşməsi)
Wi-Fi rouminqinin optimallaşması
AppDeals xidməti
Link to MyASUS
Batareya və qidalanma 11 saata qədər avtonom iş
Batareya 63 Vt∙s; tez enerji toplama funksiyası 50% dolum 36 dəq
(100% dolum 145 dəq)
QB 65 Vt Type-C
Ölçü və çəki 311х215х15,7 mm;
0,99 kq

 

Bir sözlə — səmərəli qiymətə geniş imkanlar və yüksək məhsuldarlıq! Hazırda bazarda yığcam biznes- noutbuklar seqmentində daha yaxşısını tapmaq mümkün deyil. ASUS ExpertBook B9 OLED (B9403) aparat göstəricilərinin iddia etdiyi yüksək məhsuldarlığı etibarlı şəkildə doğruldur. Displey dəqiq kontrastı, təmiz rəng ötürücülüyü və OLED-matrislərin bütün standartlarına uyğunluğu ilə valeh edir. Qurğunun cəmi 1 kq çəkiyə malik möhkəm və yüngül gövdəyə (korpus) malik olduğunu da nəzərə alsaq, biznes sahiblərinin tələbatına uyğun elitarlıq iddiası olan mükəmməl universal və portativ noutbuk əldə etmiş olursunuz. Modeli, 28 may küçəsi 9/11 ünvanında yerləşən regionda ilk və yeganə rəsmi ASUS dükanı olan ASUS Brand Store-dan və ya ASUS-un Azərbaycanda rəsmi distribyutoru olan Azerbaijan Technologies şirkətinin saytından əldə edə bilərsiniz.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
715ПодписчикиПодписаться
- Реклама -