spot_img
4 мая, 2024
ДомойТехнологииСмартфоныVivo-nun yeni orta büdcəli smartfonları 50 MP-lik selfi kamerası ilə təchiz olunublar

Vivo-nun yeni orta büdcəli smartfonları 50 MP-lik selfi kamerası ilə təchiz olunublar

Vivo Hindistanda yeni smartfonlarını təqdim etdi — Vivo V29 və Vivo V29 Pro.

Yeni məhsulların əsas xüsusiyyəti f/2.0 diafraqmalı 50 meqapiksellik selfi kamerasıdır. Hər iki cihaz 2800×1260 piksel təsvir ölçülü 6,78 düymlük AMOLED ekrana və 120 Hz yeniləmə sürətinə malikdir.

Vivo V29 Snapdragon 778G prosessoru, V29 Pro isə Dimensity 8200 çipsetindən istifadə edir. Hər iki cihaz 12 GB RAM və 256 GB daxili yaddaşa malik versiyalarda təklif olunur. Cihazların arxasında üçlü kamera var. Əsas modul da 50 meqapiksel təsvir ölçüsünə malikdir. Hər iki smartfon 80 Vt sürətli şarj dəstəyi ilə 4600 mAh batareyalar ilə təchiz olunublar.

Vivo V29 8/128 GB versiyası 450 dollardan, V29 Pro smartfonunun 8 GB RAM versiyası isə 540 dollardan başlayır.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,018ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -