Nikkei Asia portalı Apple-ın gözlənilməz istehsal xərclərinə görə iPhone 16-nın qiymətini qaldırmağı planlaşdırdığını bildirib. Hansı xərclərin nəzərdə tutulduğu hələ aydın deyil: xərclər və ya komponentlərin dəyəri.
Portal həmçinin iPhone 14 Pro Max və 15 Pro Max komponentlərinin qiymət fərqi barədə məlumat verib. Sonuncunun qiyməti 558 dollar təşkil edir ki, bu da 14 Pro Max-ın qiymətindən 12% çoxdur. Kamera ən çox (380%) bahalaşıb və xərclər əsasən titan emalının mürəkkəbliyi və A17 Pro prosessorunun istehsalı ilə bağlıdır (A16 çiplərindən 27% baha).
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az