spot_img
3 мая, 2024
ДомойТехнологииСмартфоныYeni OnePlus Ace 2 Pro 17 dəqiqəyə tam şarj dolduracaq

Yeni OnePlus Ace 2 Pro 17 dəqiqəyə tam şarj dolduracaq

OnePlus Ace 2 Pro-nun təqdimatından bir həftə əvvəl şirkət smartfonun batareyası, o cümlədən şarj müddəti haqqında təfərrüatları açıqlayıb. Belə ki, akkumulyator 17 dəqiqə ərzində şarjı 100% doldura biləcək, eyni zamanda nisbətən uzun müddət davam edəcək.

OnePlus Ace 2 Pro smartfonu 5000 mAh batareya və 150 ​​Vt şarj ilə təchiz ediləcək. İstehsalçıya görə, bu kombinasiya 17 dəqiqə ərzində 1%-dən 100%-ə qədər sürətli enerji doldurmağı təmin edəcək və batareyanın ömrü dörd il olacaq.

Şirkət həmçinin oyun zamanı enerji doldurma prosesini yaxşılaşdıracaq intellektual texnologiyanın mövcudluğundan da danışıb. Bu, cihazın istiliyini azaltmalıdır, lakin OnePlus texnologiyanın mexanizmini açıqlamadı.

Smartfonun texniki xüsusiyyətləri onun ətraflı təsvirləri ilə birlikdə daha əvvəl artıq şəbəkədə peyda olmuşdu.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,018ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -