spot_img
27 апреля, 2024
ДомойТехнологииНоутбукиHonor, Ryzen 7 7840HS ilə təchiz edilmiş iki yeni nazik və yüngül...

Honor, Ryzen 7 7840HS ilə təchiz edilmiş iki yeni nazik və yüngül noutbuk təqdim etdi

Honor şirkəti MagicBook X 14/16 Pro noutbuklarını yeniləyib. Yeni məhsullar güclü inteqrasiya olunmuş Radeon 780M qrafikası olan AMD Ryzen 7 7840HS prosessoru ilə təchiz olunub. Cihazlar köhnə modellər ilə oxşar xüsusiyyətlərə malikdir, lakin ekran ölçüsü və muxtariyyət və ilə fərqlənir.


Honor MagicBook X 16 Pro 1920×1200 piksel təsvir ölçüsünə, 100% sRGB əhatə dairəsinə və maksimum 300 nit parlaqlığa malik matrislə təchiz edilib. Aparat platforması 16 GB RAM və 512 GB daimi yaddaşla birlikdə Ryzen 7 R7 7840HS (45 Vt) prosessoru ilə təmsil olunur. İstehsalçıya görə, batareyanın tam doldurulması 12 saat işləmək üçün kifayətdir.

Noutbukda barmaq izi skaneri, iki SSD yuvası və üç USB-A girişi var (biri USB4, iki yuva 3.2 Gen1), həmçinin HDMI 1.4 b portu və 3,5 mm qulaqlıq girişi də mövcüddur.

 

14 düymlük versiya, ekrandan əlavə, korpusun ölçüsü ilə də fərqlənir: qalınlığı 16,5 mm, çəkisi 1,4 kq-dır. Batareyanın tutumu eynidir, lakin işləmə müddəti 13,5 saata çatır və prosessorun TDP gücü 40 vattdır.

Honor MagicBook X 14 Pro-nun qiyməti 624 dollar, X 16 Pro-nun isə 652 dollar olub.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,048ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -