Söhbət ultraportativ noutbukların flaqman modellərindən gedirsə, hər istehsalçı ən nazik, ən yüngül, ən güclü və ya ən avtonom qurğu təqdim etməyə çalışır. 2023-cü ildə təqdim olunan ASUS Zenbook S 13 OLED modeli də istisna deyil. Yenilik inanılmaz dərəcədə nazik və yüngül gövdəyə (qalınlığı 1 sm, çəkisi 1 kq) malik olub, ensiz çərçivəli OLED-displey və U seriyalı 13-cü nəsil Intel Core prosessoru ilə təchiz edilib. Gündəlik iş və əyləncə üçün mükəmməl yarayan bu noutbuku mütləq sevəcəksiniz. Rəqabətədavamlı qiyməti isə hər kəsi sevindirəcək.
Ekologiyaya qayğı ilə yanaşan dəbli dizayn
Bu gün ASUS Zenbook S 13 OLED, bazarda OLED-displeyi olan ən nazik ultraportativ noutbuk hesab olunur. 1 kq çəkisi olan bu qurğu pərakəndə satışda sərgilənən ən yüngül ultraportativ noutbuklardan biridir. Qurğunun xarici görünüşü ASUS-un Plasma Ceramic Aluminum (alüminium oksidli keramika) adlandırdığı sərin, ekoloji cəhətdən təmiz ərinti qatı sayəsində fərqlənir. Məhz bu qat, “A”hərfi ilə bəzənmiş və Basalt Grey rəngdə təqdim olunan ASUS Zenbook S 13 OLED modelinin qapağına mat hamar səth bəxş edir. Səth barmaq izləri, çirklənmə, sürtülmə və köhnəlməyə davamlıdır. Qeyd edək ki, bu yenilik, metal qapağın mərkəzində işıldayan logolu digər qurğular arasında xüsusi yer tutur.
Əlvan gövdə həvəskarları ASUS-un daha əvvəlki modellərində olduğu kimi klassik işləməli Ponder Blue rəngində anodlaşdırılmış alüminumdan hazırlanan modellərini seçə bilərlər. Bu arada, noutbukun hazırlandığı materiallar ekoloji və innovativ olmaqla yanaşı, həm də olduqca möhkəmdir. Alüminum və magnezium ərintili konstruksiya, səliqəsiz yanaşmaya, hətta həyacan anında qapağa vurulan zərbəyə belə dözümlüdür. ASUS Zenbook S 13 OLED-in ErgoLift adlı şarnir mexanizmi noutbukun qapağını az qala 180 dərəcə açmağa imkan verir. Əvvəlki modellərdə olduğu kimi, şarnir mexanizmi noutbukun arxa hissəsini bir qədər qaldırmaqla, havalandırmanı təmin edir. Bu arada, noutbukun enerji sərfiyyatı baxımından səmərəli istehsal prosesi zamanı təkrar emal olunmuş materiallar istifadə edilir və qurğu ekoloji qablaşdırmada satışa buraxılır. ASUS Zenbook S 13 OLED haqlı olaraq ətraf mühitə qayğı ilə yanaşan ASUS şirkətinin istehsal etdiyi ən ekoloji noutbuk hesab olunur!
Cəmi 1,1 mm dərinlikli düymələri olan ultraportativ keybord, mətn yığmaq üçün olduqca rahatdır. Dördbucaq düymələr rahat şəkildə yerləşdirilib, alt işıqlar isə ətrafa lazımsız işıq saçmadan, qaranlıq məkanda belə keybordu görməyə imkan verir. 6 düymluq ErgoSense touchpad- toxunma səthinin klikləmə dərinliyi 0,23 mm-dir. ASUS-dan verilən məlumata görə, bu, əvvəlki modeldə olduğundan 1,44 dəfə çoxdur. Jestləri (hərəkətləri) rahatlıqla qavrayan səthin istifadəsi xoş təəssurat bağışlayır.
Funksional imkanlar
Bu cür incə qurğuda HDMI və USB 3.2 Type-A (10 Gbit/s), habelə iki ədəd Thunderbolt 4 girişi və 3,5 mm-lik audiogiriş tətbiq olunub. Bəzi rəqiblərin noutbuklarının gövdəsinin qalınlığını azaltmaq üçün tamghüquqlu giriş portlarından imtina edərək, USB type-C girişinə üstünlük verdiyini nəzərə alsaq, əlavə keçid və dok-stansiyalar quraşdırmadan, öncül qurğuların rahat qoşulduğu modeli görmək olduqca xoşdur. Simsiz qoşulmaya gəlincə, ASUS Zenbook S 13 OLED, şəbəkə və qurğulara qoşulmanı təmin edən ən yeni Wi-Fi 6E və Bluetooth 5.2 standartları ilə təchiz edilib.
Bazarda, Intel Iris Xe quraşdırılmış qrafikalı, 8, 16 və 32 GB LPDDR5 operativ yaddaşlı (təəssüf ki, yaddaş sistem platasının üzərində lehimləndiyindən, onu artırmaq və ya dəyişmək mümkün deyil), habelə 1 TB-a qədər sürətli PCIe 4.0 SSD-kartlı modellər Intel Core i7-1355U və Intel Core i5-1335U prosessorları üzərində bazalanır. Öncül konfiqurasiyanı nəzərdən keçirsək, görərik ki, burada nazik və yüngül noutbuklar üçün nəzərdə tutulmuş, yüksək məhsuldarlığı olan Intel Core i7-1355U mobil prosessoru tətbiq olunub. Cari ilin əvvəlində istifadəyə verilən bu prosessor, Raptor Lake-U arxitekturası üzərində qurulub. Ani tətbiq yüklənməsi və məlumat emalı üçün mükəmməl olan bu prosessor, həm də süni intellektin (zəka) tətbiqi ilə tapşırıqların yerinə yetirilməsini təmin edən GNA 3.0 və DL Boost texnologiyalarıni da dəstəkləyir. Bu prosessora 2 məhsuldar və 8 effektiv nüvə daxildir. O, eyni anda 12 məlumat axınını emal edib, noutbukun imkanlarını artıra bilər. Öncəki arxitektura ilə müqayisədə, yeni Xe qrafik prosessoru, qrafikanın emalı kimi ciddi tapşırıqları yerinə yetirən daha yüksək məhsuldarlıq və səmərəlilik təklif edir. Qrafik nüvənin daha yüksək tezliyi isə noutbukun potensialından maksimum yararlanmağa, video və normal qrafik tənzimləmələrlə müasir oyunların daha rəvan işləməsinə imkan verir. Eyni zamanda, noutbuk ekranında, qrafik prosessor tərəfindən yaradılan kadr tezliyinə avtomatik uyğunlaşmasına görə cavadbeh olan Adaptive Sync texnologiyası da dəstəklənir.
İndi isə ən maraqlısı… Son illər ASUS modellərində OLED-ekran tətbiq etdiyindən, Zenbook daha da nəzərə çarpır. 2023-cü ildən başlayaraq, ASUS, noutbuklarında bu günə mövcud olan ən təkmil displey texnologiyalarından olan özünün ASUS Lumina OLED texnologiyasını tətbiq edir. ASUS Zenbook S 13 OLED-də də premium-sinif inanılmaz nazik NanoEdge çərçivəli, 2880х1800 piksel icazəli, möhtəşəm parlaqlıqlı, sevilən 16х10 nisbətli 13,3” OLED-panel istifadə edilir. Yeganə çatışmazlıq isə ondan ibarətdir ki, panel sensorlu deyil. Lakin nəzərə almaq lazımdır ki, ultraportativ noutbuklar arasında bu xüsusiyyət o qədər də tələb olunmur. Stilussuz noutbukda iş görməyi təsəvvür belə etməyən sensor həvəskarları və dizaynerlər ASUS Zenbook Duo xəttinin peşəkar modellərinə, habelə ASUS Zenbook 14 Flip noutbuk-transofmerlərinə nəzər yetirə bilərlər. Bu arada, OLED-panel adi IPS-matrisləri ilə müqayisədə dərin, təmiz qara rəng kimi üstünlüyə sahibdir. Bundan əlavə, OLED-panel əsl HDR-ı dəstəkləyir. Texnologiyanın piksel başı işıqlanması, Dolby Vision-ı dəstəkləyən kontrast nəzarəti üçün mükəmməldir. Təsdiqlənmiş Pantone rənglər, TUV Rheinland Low Blue light və SGS sertifikatlar, həmçinin 550 nitə qədər parlaqlıq zəmanət verir ki, ASUS Zenbook S 13 OLED daha dəqiq və daha parlaq olacaq. Dolby Atmos səsli iki ədəd sertifikatlaşdırılmış Harman Kardon dinamiki isə bu cür ekranda videokontentin izlənməsinə xüsusi zövq qatacaq. Süni intellekt (zəka) elementləri və mikrofon massivli ASUS AI Noise-Canceling intellektual kənar səs boğucu sistemi ilə ASUS AiSense veb-kamerasını da nəzər alsaq, siz, məsafəli iş rejimində yüksəkkeyfiyyətli videoəlaqə imkanını da əldə etmiş olursunuz.
Qisa xüsusiyyətləri (parametrləri):
Əməliyyat sistemi | Windows 11 Ev/Pro |
Prosessor | Intel® Core™ i7-1355U (2P+8E) Intel® Core™ i5-1335U (2P+8E) |
Qrafika | Intel Iris Xe |
Displey | 13,3” 16:10 OLED 2.8K WQXGA (2880×1800) 60 Hz, parlaqlıq 400 kd/m2, zirvə parlaqlığı 550 kd/m2, kontrastlıq 1000 000:1, cavablama müddəti 0,2 ms, sertifikatlaşma Display HDR True Black 500, rəng dərinliyi 1,07 milyarda qədər, Pantone Validated və SGS sertifikatları, parlaq, sensorsuz, 70% daha az göy işıq, ekranın nisbi sahəsi 89%, geniş baxış bucağı; DCI-P3 100% əhatə, 180 dərəcə bucaqlı ErgoLift şarnir mexanizmi |
İkinci displey | ScreenPad yoxdur |
Operativ yaddaş | Plata üzərində 8, 16 və ya 32 GB LPDDR5 |
Yaddaş | SSD 512 GB/1 TB PCIe 4.0 G3 və ya G4 Performance SSD |
Girişlər | 2 Thunderbolt 4 USB-C (40 Gbit/s, displey, Power Delivery dolum qurğusu) 1 USB-A 3.2 1 HDMI 2.1 TDMS Audiogiriş 3,5-mm |
İnterfeys | Wi-Fi 6E (802.11ax) 2×2 gigabit sinfi, Bluetooth 5.2 Windows Hello dəstəkləyən FHD infraqırmızı kamera |
Quraşdırılmış proqram təminatı MyASUS Pro Creator Hub |
Displeyin rəng sahəsinin seçimi Sistemin diaqnostikası Təhlükəsiz enerjidoldurma Sərinlədicinin iş rejimləri Təsvirin optimallaşdırılması (Splendid) Videonun optimallaşdırılması (Tru2Life) İsti düymələr (hotkeys) Wi-Fi rouminqinin optimallaşdırılması AppDeals xidməti Link to MyASUS |
İdarəetmə | Altişıqlı membranlı keybord Düymə dərinliyi 1,1 mm Touchpad — toxunma səthi |
Digər | Parlaqlıq və rəng ötürücüsü FHD kamerası ASUS AiSense İQ Harman/kardon audiosistemi Mikrofonlar toplumu (massivi) |
Batareya və qidalanma (dolum) | 14 saata qədər avtonom iş; tez dolum (0-70% 63 vatt/saat, 4 giriş; Qida Bloku 65 vatt USB-C; mobil akkumulyatorlardan qidalanmaq imkanı və 5-20 vatt Dolum Qurğusu; Power Delivery dəstəklənməsi |
Ölçü və çəki Rəng |
296х216х10,9 – 11,8 mm; 1,0 kq Boz (Basalt grey), tünd-göy (Ponder blue) |
Qərar
Bu inanılmaz dərəcədə nazik, ultraportativ noutbuk mükəmməl OLED-displeyindən tutmuş, 14 saata qədər avtonom iş qabiliyyətinə qədər hər bir xüsusiyyəti ilə insanı valeh edir. Gün ərzində işləyən, funksional və yığcam noutbuk axtarışındasınızsa, o zaman fantastik xarici görünüşlü ASUS Zenbook S 13 OLED məhz sizin üçün yaradılıb! Daha geniş funksional və daha yüksək parametrlər isə daha çox pul tələb etməklə yanaşı, həm də daha irihəcmli olur. ASUS-un planetimizə qayğı ilə yanaşmaya əsaslanan korporativ fəlsəfəsini əks etdirən bu noutbuk sizi məyus etməyəcək.