Digital Chat Station insayderinə görə, hələ təqdim olunmamış Xiaomi 14 smartfonu Qualcomm Snapdragon 8 Gen 3 prosessorunu alacaq – SM8650 indeksi ilə tanınır.
90 Vt sürətli simli və 50 Vt simsiz şarj ilə təchiz edilmiş 4860 mAh batareya haqqında da məlumat var. Lakin cihazın “Pro” modeli analoji simsiz şarj və 5000 mAh batareya ilə təchiz olunacaq.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az