Apple fəal şəkildə qatlanan ekranlı noutbuk hazırlayır və 2026-cı ildə yeni məhsulu ilkin olaraq təqdim etməyi planlaşdırır. Bu barədə Gizmochina Koreyadan olan öz məlumatlarına istinadən xəbər verir.
Nəşrin məlumatına görə, Apple şirkəti tədarükçülərlə ekranı yarıya qatlana bilən MacBook-un yaradılması üçün danışıqlar aparır. Şirkət hazırda yeni cihazın xüsusiyyətlərini hələlik gizli saxlayır. Bununla belə, yeni MacBook-un 2026-cı ildə təqdim ediləcəyi gözlənilir. Yəqin ki, qatlanan noutbukun rəsmi təqdimatı 2025-ci ildə baş tutacaq.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az