30 декабря, 2024
ДомойБлогиАзербайджанские БлогиTəsəvvürümüzdə canlandırdığımız görüntünün digital versiyasını yaratmaq

Təsəvvürümüzdə canlandırdığımız görüntünün digital versiyasını yaratmaq

Süni intellektin (AI, Artifical Intelligence) sadə mətnlərdən istifadə edərək necə şəkillər yaratdığını yəqin ki, son zamanlar tez-tez görürük, istifadə edirik. Ən populyar vasitə də hazırda Midjourney-dir. Başqaları da var, məsələn Dreambox, Adobe Firefly və.s.

Təsvir (termin olaraq Prompt istifadə edilir) yazırıq və bu təsvirdəki açar sözlər əsasında şəkil yaradılır. Bu qədər bəsitdir – məsələn istəyirik Azərbaycan rayonlarımıza xas görüntüdə bir meşə və dağ çayı görüntüsü alaq.
“yaşıl meşə və axar çay” deyirik və bu şəkil yaranır:

Amma bir problem var – biz “yaşıl meşə və axar çay” deyəndə təsərrümüzdə hansı şəkil canlanırdı? Məhz bu şəkil idimi? Məsələn çayın Azərbaycandakı dağ çaylarına bənzəməsi üçün 1-2 kəlmə əlavə etsək necə?
Yoxlayırıq, “yaşıl meşə və içində iri daşlar olan dağ çayı”

Alırıq

Yenə də tam istədiyimiz deyil.

Necə etmək olar ki, məhz canlandırdığımız görüntünü alaq?

Bir az daha detal əlavə edək.

Yaşıl meşə və içində ağ iri daşlar, meşə ağacları Qafqaz meşələrinə xas olsun. Alırıq:

 

Bir az realistik olsun deyə xahiş edirik:

 

Aldığımız bu görüntü dağ rayonlarımızda olan tipik çay görüntülərini xatırladır.

Daha da dərinə gedib daha çox detal əlavə etmək olar. Amma bu qədəri kafidir.

Yəqin ki, mahiyyət aydın oldu – təsəvvür elədiyimiz şəklin yaranması üçün hər bir detalı ayrıca qeyd etmək faydalıdır.

Roman oxuyanda , otaq, ev, küçə təsvirləri olur ha – eynən elə bir şey.

Bəs sadə, terminsiz, ümumi sözlərlə detallı prompt yaratmaq süni intellektin özü ilə mümkündürmü? Bəli elə yanaşmalar da artıq var və pis işləmir.(Google-da create midjourney prompts using chatgpt yazsanız çıxar)

Yəni biz nə istədiyimizi daha çiy sözllərlə ChatGPT-yə izah eirik, o isə bizə Midhjourney-ə yarayan tərzdə terminlərlə dolu uzun prompt hazırlayır. Nəticə də pis olmur.

Mənbə: https://e-haci.net

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,985ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -