Yaponiyanın “Sony” şirkəti Xperia 10 V adlı yeni orta səviyyəli smartfonun təqdimatını elan edib. Bu, akkumulyatorunun 5000 mAh tutumuna baxmayaraq, dünyanın ən yüngül smartfonudur. Cihazın çəkisi cəmi 159 qramdır.
Sony Xperia 10 V 6 GB RAM və 128 GB daxili yaddaşa malik Qualcomm Snapdragon 695 çipsetini aldı. Siz həmçinin microSD yaddaş kartı əlavə quraşdıra bilərsiniz.
Smartfon 1080p təsvir ölçülü və 60 Hz tezliyə malik 6,1 düymlük OLED displeyə malikdir. Cİhaz həmçinin Gorilla Glass Victus tərəfindən qorunur. Smartfonun arxası və çərçivəsi plastikdən hazırlanıb.
Sony Xperia 10 V həmçinin 48 meqapiksellik kamera və optik təsvir sabitləşməsi ilə F/1.8 obyektiv aldı. Smartfonun arxa tərəfində 2 8MP, qabaqda isə 8MP kamera var. O, həmçinin IP65/68 suya və toza davamlılığa malik 3,5 mm-lik Hi-Res audio yuvası və ön tərəfə baxan stereo dinamiklər ilə təchiz olunub. Smartfonun qiyməti 450 avrodur və iyunun ortalarından Avropada satışa çıxarılacaq.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az