Meizu-nun icraçı vitse-prezidenti Huang Zhipang şirkətin qatlana bilən smartfonlar buraxmaq planlarını bölüşdü. Onun sözlərinə görə, ilk qatlanan displeyli Meizu modeli 2023-cü ilin sonunda peyda olacaq.
Bundan əlavə, Çin şirkəti planşet kompüter, ağıllı saat və simsiz qulaqlıq təqdim etmək niyyətindədir. Ola bilsin ki, bu, bir vaxtlar məşhur smartfon istehsalçısını alan avtomobil istehsalçısı Geely ilə bağlıdır.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az