spot_img
25 апреля, 2024
ДомойТехнологииСмартфоныHonor 70 Lite 5G təqdim edildi: Snapdragon prosessoru, 50 MP kamera və...

Honor 70 Lite 5G təqdim edildi: Snapdragon prosessoru, 50 MP kamera və NFC

Qlobal bazarda təqdim olunan 70 Lite 5G modeli Honor smartfonlar ailəsini tamamlayıb. Şirkət yeniliyi beşinci nəsil şəbəkələri, sürətli şarjı və müasir interfeyslər dəstini dəstəkləyən nisbətən ucuz cihaz kimi təqdim edir.

Honor 70 Lite 5G modeli 1600×720 piksel təsvir ölçülü 6,5 düymlük IPS ekranla təchiz edilib. Arxa kameraya 50 MP-lik əsas sensor, həmçinin makro modul və dərinlik sensoru (hər biri 2 MP) daxildir, ön kamera isə 8 MP təşkil edir.

Yenilik 8 nanometrlik Qualcomm Snapdragon 480+ prosessoruna əsaslanır (AnTuTu-da təxminən 300 000 xal). Smartfon 4 GB operativ yaddaşa və 128 GB daxili yaddaşa sahibdir. Cihazın muxtariyyətinə 22,5 Vt sürətli şarj texnologiyasını dəstəkləyən 5000 mAh batareya cavabdehdir.

Wi-Fi, Bluetooth 5.1 LE və NFC modulları isə xüsusiyyətlərin siyahısını tamamlayır. Honor 70 Lite 5G Android əməliyyat sisteminə əsaslanan Magic UI 6.1 mikroproqramı ilə işləyir. Honor 70 Lite 5G-nin qiyməti Böyük Britaniyada təxminən 244 dollar təşkil edir.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -