Google şirkəti Glass Enterprise Edition 2 adlı eynəyinin satışlarını dayandırdığını elan edib. AR eynəyin dəstəyi isə payızda dayandırılacaq.
Vaxtı ikən Google Glass-ın kommersiya uğursuzluğundan sonra şirkət Glass Enterprise Edition 2 AR eynəyini təqdim etmişdi. Sözügedən model korporativ istifadəçilər üçün nəzərdə tutulmuşdu. 2019-cu ildə isə şirkət bu eynəyi Snapdragon XR1 prosessoru ilə təchiz edərək onu yeniləmişdi.
Şirkətin verdiyi məlumata görə, AR eynəyin satışları dayandırılsa da, satışları 15 sentyabra kimi davam edəcək. Bununla yanaşı məlumatda qeyd edilib ki, bu müddətdə eynək üçün heç bir proqram təminatı yenilənməsini istifadəyə verməyi planlaşdırmır. Digər tərəfdən kənar tərtibatçılar Glass Enterprise Edition 2 üçün müxtəlif növ proqram təminatlarını hazırlamağa davam edə biləcəklər.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az