Xiaomi şirkəti, Xiaomi 13 Pro-nun qlobal təqdimat tarixini açıqlayan rəsmi tizer yayımladı. Cihaz Çindən kənarda şirkətin Leica kameralı ilk smartfonu olacaq.
Şəkilə əsasən, smartfon fevralın 26-da təqdim olunacaq. Xiaomi 13 Pro-nun texniki xüsusiyyətləri əsasən Çin versiyasına bənzəyəcək, lakin qiymətin daha yüksək olacağı bildirilir. İnsayderlərin fikrincə, Avropada yenilik 1300 avroya başa gələcək.
Qeyd edək ki, cihazın əsas xüsusiyyətlərindən biri 50 MP təsvir ölçülü Sony IMX989 düymlük sensorun daxil olduğu arxa kamera idi. Xiaomi 13 Pro-nun digər xüsusiyyətlərinə 3200×1440 piksel təsvir ölçülü 6,73 düymlük OLED displey, Snapdragon 8 Gen 2 platforması və 120 Vt doldurma və 50 Vt simsiz şarjı dəstəkləyən 4820 mAh batareya daxildir.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az