Fevral ayında 5G şəbəkələrini dəstəkləyən orta qiymət seqmentinin modeli vivo Y100 smartfonunun təqdimatı gözlənilir. Qadcetin əsas xüsusiyyəti rəngini dəyişə bilən korpus olacaq. Şayiələrə görə, cihaz HDR10+ standartını dəstəkləyən və maksimum parlaqlığı 1300 nit olan displey alacaq.
İnsayderlər həmçinin bildirirlər ki, yeni məhsul Mali-G68 MP4 qrafikalı MediaTek Dimensity 900 prosessoru əsasında hazırlanacaq və onun əməli yaddaşı 6 GB olacaq. Bundan əlavə, qadcet optik təsvir sabitləşməsinə malik 64 MP əsas kamera ilə təchiz olunacaq. Təqdimatın tarixi və vivo Y100-ün qiyməti hələ istehsalçı tərəfindən açıqlanmayıb.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az