spot_img
19 апреля, 2024
ДомойТехнологииСмартфоныSamsung Galaxy S23-ün bütün versiyalarının qiymətləri açıqlandı

Samsung Galaxy S23-ün bütün versiyalarının qiymətləri açıqlandı

Təqdimat tarixi yaxınlaşdıqca yeni Samsung flaqmanları haqqında demək olar ki, hər şey məlumdur. Bu yaxınlarda çıxan bir hesabat «şayiələr xəzinəsinə» Avropa regionunda Galaxy S23-ün bütün modifikasiyalarının qiymətlərinin siyahısını əlavə etdi.

Qeyri-rəsmi qiymət siyahısı BillbilKun ləqəbli insayder tərəfindən öz Twitter bloqunda dərc olunub. Mənbənin sözlərinə görə, avro zonasında yeni cihazlar alıcılara aşağıdakı məbləğlərə başa gələcək:

  • Galaxy S23 (8/128 GB) — €959
  • Galaxy S23 (8/256 GB) — €1019
  • Galaxy S23+ (8/256 GB) — €1219
  • Galaxy S23+ (8/512 GB) — €1339
  • Galaxy S23 Ultra (8/256 GB) — €1419
  • Galaxy S23 Ultra (8/512 GB) — €1599
  • Galaxy S23 Ultra (8 ГБ / 1 GB) — €1839

Bildirilir ki, Samsung Galaxy S23 Ultra 3080×1440 piksel təsvir ölçülü 6,8 düymlük Dynamic AMOLED 2X displey, 120Hz-ə qədər yeniləmə tezliyi, HDR10+ dəstəyi və Gorilla Glass Victus 2 qoruması ilə təchiz olunacaq. Yeni obyektlərin çəkilişinə 12 MP ön kamera və 200, 12, 10 və 10 MP sensorlu arxa modul cavabdeh olacaq.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -