OnePlus şirkəti OnePlus Ace 2 smartfonunun tizerini dərc edib, orada gələcək yeniliyin akkumulyatoru və şarjı haqqında məlumat paylaşılıb. Öz elanlarında şirkət yeni OPPO SuperVOOC S sürətli şarj çipini təqdim etdi və Ace 2-nin bu çipli ilk smartfon olacağını qeyd etdi.
İkinci şəkildə Ace 2-nin 5000 mAh batareya ilə təchiz olunacağı deyilir. 10 dəqiqəlik şarjdan sonra batareya tutumunun 50%-ni doldurmalıdır.
Ace 2-nin təqdimatı fevralın 7-də Bakı vaxtı ilə saat 12:30-da baş tutacaq.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az