Motorola şirkəti yeni flaqman smartfonu Edge 40 Pro-nun təqdimatına hazırlaşır. İndi məlum olub ki, smartfon Qualcomm Snapdragon 8 Gen 2 çipseti, 12 GB-a qədər operativ yaddaş və FullHD+ displey alacaq. Bu model əvvəllər Çin bazarı üçün təqdim edilmiş Moto X40-ın qlobal versiyası olmalıdır.
Maraqlıdır ki, hətta Motorola Edge 40 Pro-dakı ekran görüntüsü də əvvəllər təqdim edilmiş Moto X40-da olanlarla eynidir. Smartfonun 2.5D şüşəsi və ekranın mərkəzində ön kamera üçün kəsik alacağını görə bilərsiniz. Bundan əlavə, model Çin versiyasından fərqli olaraq, model Google Services alacaq. Cihaz Android 13 ilə işləyəcək
Smartfonun 50 MP təsvir ölçülü və optik stabilizasiyalı əsas kamera, 50 MP-lik ultra geniş modul və 2x optik zumlu 12 MP telefoto əldə edəcəyi gözlənilir. Muxtariyyətə 4600 mAh batareya və 125 Vt sürətli şarj dəstəyi cavabdeh olacaq.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az