spot_img
29 марта, 2024
ДомойТехнологииСмартфоныAnTuTu "öz qiymətinə görə" ən yaxşı smartfonların adını açıqladı

AnTuTu «öz qiymətinə görə» ən yaxşı smartfonların adını açıqladı

AnTuTu mobil bençmarkının tərtibatçıları performans və qiymət baxımından ən yaxşı Android smartfonlarını adlandırıblar. Həmişə olduğu kimi, qurğular ümumi qiymətə görə bir neçə bloka bölündü ki, bu da kateqoriyaların hər biri üzrə qalibləri ayırmağa imkan verir.

297 dollardan aşağı kateqoriyada 6 + 128 GB versiyada Redmi Note 11T Pro ən yüksək bal toplayıb. Bu smartfon MediaTek Dimensity 8100 prosessoru ilə təchiz edilib.Daha böyük yaddaş həcminə baxmayaraq, OPPO K10 5G və OnePlus Ace Racing Edition ikinci və üçüncü yerlərdə qərarlaşıblar.

Qiyməti 297 dollardan 445 dollara qədər olan smartfonlar arasında «ən yaxşısı» Qualcomm Snapdragon 8+ Gen 1 prosessouna sahib Lenovo Legion Y70 oyun smartfonu oldu. Reytinqdə ondan sonra Redmi K60 və Redmi K50 Pro gəlirlər.

445 dollardan 593 dollara qədər kateqoriyada ən yaxşısı və digərlərindən böyük fərqlə Snapdragon 8 Gen 2 prosessorlu yeni Redmi K60 Pro oldu. Snapdragon 8+ Gen 1-dən istifadə edən Honor 80 GT və Xiaomi 12S digər müvafiq olaraq 2-ci və 3-cü yerlərdə qərarlaşdılar.

593 dollardan 742 dollara qədər olan kateqoriyada iQOO 11 AnTuTu-da performans baxımından ən yaxşı smartfon seçildi. Bu seqmentdə onun “böyük qardaşı” iQOO 11 Pro ikinci, Xiaomi 13 Pro isə üçüncü yeri tutdu.

742 dollardan baha olan cihazlar arasında performans baxımından ən yaxşı seçim kimi Red Magic 8 Pro+ seçilib. Ardınca isə vivo X90 Pro və vivo X90 Pro+ cihazları gəlir.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -