spot_img
20 апреля, 2024
ДомойТехнологииНоутбукиGüclü MSI Titan GT77 noutbuku təqdim olundu

Güclü MSI Titan GT77 noutbuku təqdim olundu

MSI şirkəti rəsmi olaraq yeni Titan GT77 performanslı noutbuku təqdim etdi. Bu, 144Hz yeniləmə tezliyi ilə 4K Mini LED ekrana sahib olan dünyada ilk modeldir. Ən yüksək parlaqlıq 1000 nit təşkil edir ki, bu da standart IPS-dən iki dəfə çoxdur.

Ekran VESA DisplayHDR 1000 standartına uyğundur, burada DCI-P3 əhatə dairəsi 100 faiz təşkil edir.

Modelin işinə cavabdeh yeni nəslin ən məhsuldar prosessoru olan Intel Core i9-13980HX prosessorudur. O, 8 yüksək performanslı nüvə ilə təchiz olunub, onların tezliyi 5,2 GHz-dir.
NVIDIA GeForce RTX 4080 və ya RTX 4090 adapteri qrafik tapşırıqlarına cavabdehdir. Ümumi TDP 250W-dir.

Model fevralın 8-də satışa çıxarılacaq. RTX 4080, 16GB RAM və 2TB SSD variantının qiyməti 4300 dollardır. RTX 4090 versiyası, 128 GB RAM və 4 TB SSD üçün isə qiymət 5300 dollar təşkil edəcək.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,050ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -