spot_img
27 апреля, 2024
ДомойТехнологииСмартфоныSamsung bir anda doqquz məşhur smartfon üçün Android 13-ü təqdim etdi

Samsung bir anda doqquz məşhur smartfon üçün Android 13-ü təqdim etdi

Samsung şirkəti, müxtəlif seriya və bazarlara aid olan doqquz məşhur smartfon üçün Android 13-ün sabit versiyasını təqdim etdi.

Aşağıdakı smartfonlar yeniləmədən faydalana biləcəklər:

  • Samsung Galaxy A22 (Avropada)
  • Samsung Galaxy A23 LTE / 5G (Almaniya və Rusiyada)
  • Samsung Galaxy M22 (Avropada)
  • Samsung Galaxy S20 FE (LTE) Snapdragon Edition (Serbiyada)
  • Samsung Galaxy A42 5G (Cənubi Koreyada)
  • Samsung Galaxy S20 FE 5G (Avropa)
  • Samsung Galaxy A32 LTE (Avropada)
  • Samsung Galaxy A51 LTE (Avropada)
  • Samsung Galaxy A13 5G (Avropada)

Qeyd edək ki, yeniləmə istifadəçi interfeysinin dizaynını dəyişəcək, yeni funksiyalar meydana çıxacaq, imkanlar genişləndiriləcək və daxili proqramların dizaynı, animasiya və AR emojilərinin kataloqu təkmilləşdiriləcək, məxfilik və təhlükəsizlik bölməsi sadələşdiriləcək.

Həmçinin yaddaşın həcmini artırmaq və OCR (optik simvol tanınması) funksiyası olacaq ki, bu da “Kamera” və “Qalereya”ya şəkillərdən mətn çıxarmağa imkan verəcək.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

 

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -