spot_img
3 мая, 2024
ДомойТехнологииСмартфоныXiaomi 13-ün necə istehsal olunduğu göstərildi

Xiaomi 13-ün necə istehsal olunduğu göstərildi

Xiaomi, şirkətin ən yeni flaqmanlarının – Xiaomi 13 və Xiaomi 13 Pro-nun necə istehsal olunduğunu göstərən bir video yayımladı. Belə bir fabrikdə insan amili minimuma endirilir, çünki müəssisədəki funksiyaların əksəriyyəti robotlar tərəfindən yerinə yetirilir.

Maşınlar telefonların həm yığılmasına, həm də qablaşdırılmasına cavabdehdir. Maraqlıdır ki, rəsmi təqdimat zamanı bu video göstərilməyib — şirkətin rəhbəri Lei Jun onu Weibo sosial şəbəkəsindəki səhifəsində ayrıca paylaşıb.

Dünən Xiaomi 13 və Xiaomi 13 Pro-nun təqdimatı baş tutub. Hər iki model SoC Snapdragon 8 Gen 2, bir daha təkmilləşdirilmiş Leica kameraları və Android 13 əsasında MIUI 14 ilə təchiz ediliblər. Çində Xiaomi 13-ü 575 dollara almaq olar, Xiaomi 13 Pro-nun qiyməti isə 720 dollardır.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,018ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -