NETTY 2022-in Azərbaycanın Milli internet-mükafatının nominantları müəyyən edilmişdir. İştirakçıların ümumi sayından Virtual Münsiflər Heyətinin və Ekspert Şurasının səsvermə nəticəsinə görə mükafatın nominantı olmuş saytlar, səhifələr və proqramlar seçilmişdir. Nominantların yekun siyahısı ilə mükafatının saytında https://www.netty.az/az/nominants tanış olmaq olar. Müsabiqə qaliblərinin müəyyən edilməsi üçün Mükafatın Akademiyası səsverməyə başladı. Daxili səsvermə əsasında Akademiyanın nümayəndələri mövcud nominasiyalardan hər birində bir qalibi müəyyən edəcəklər.
Nominantlar içərisindən qaliblər 17 dekabrda mükafatlandırmanın rəsmi mərasiminin gedişatında elan ediləcəklər. Bütün nominantların nümayəndələri mərasimdə iştiraka dəvət ediləcək.
Bu il mükafatı dəstəkləyənlər:
Baş tərəfdaş — NAR.
Mükafatın rəsmi tərəfdaşları: DELL Technologies, Gulfstream Distribution LLC, SmartHost, Rasul Hasan Studio, Savalan Aspi Winery, Renley şirkətləridir.
Ödəniş sistemi – Epoint.
Layihənin informasiya tərəfdaşları: Oxu.az, Media.az, banks.az, «Infocity» jurnalı, «Каспий» qəzeti.
Mükafatla əməkdaşlıq üçün [email protected] ilə əlaqə saxlaya bilərsiniz.