spot_img
23 апреля, 2024
ДомойТехнологииНоутбукиApple şirkəti 15,5 düymlük MacBook Air hazırlayır

Apple şirkəti 15,5 düymlük MacBook Air hazırlayır

Tanınmış analitik Ross Yanqın sözlərinə görə, Apple 15,5 düymlük ekrana malik yeni MacBook Air üzərində işləyir. Ekran panellərinin istehsalına 2023-cü ilin birinci rübündə başlanacaq, noutbukun özü isə yazda təqdim oluna bilər.

Yeni MacBook Air ölçüləri ilə 14 və 16 düymlük MacBook Pro modelləri arasında olacaq.

Şayiələrə görə, yeni məhsul 2022-ci ildə təqdim olunmuş 13 düymlük MacBook Air ilə eyni dizayna malik olacaq — düz kənarları, böyük Force Touch trekpadı, funksional düymələri olan klaviatura və s. O, həmçinin çox güman ki, MagSafe şarj portu, təkmilləşdirilmiş dinamik sistemi və 1080p kamera ilə təchiz olunacaq.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -