spot_img
27 апреля, 2024
ДомойТехнологииСмартфоныAndroid 13-ə hansı ASUS smartfonları yeniləcək?

Android 13-ə hansı ASUS smartfonları yeniləcək?

ASUS öz cihazlarını Android ƏS-nin ən son versiyasına yeniləmək üçün yol xəritəsini dərc edib. Zenfone seriyalı qadcetlərlə yanaşı, ASUS ROG oyun flaqman xəttinin nümayəndələri də yeniləməni alacaq, bəzi modellər isə gələn il ən son proqram təminatına keçəcəkdir.

2022 və 2023-cü illər üçün rəsmi yeniləmə cədvəli belədir:

  • ASUS Zenfone 9 — dekabr 2022
  • ASUS Zenfone 8 — yanvar 2023
  • ASUS ROG Phone 6D və 6D Ultimate — 2023-cü ilin birinci rübü (yanvar-mart)
  • ASUS ROG Phone 6 və 6 Pro — 2023-cü ilin birinci rübü (yanvar-mart)
  • ASUS ROG Phone 5 və 5s — 2023-cü ilin ikinci rübü (aprel-iyun)

Şirkət qeyd edib ki, yeniləmələrin yerləşdirilməsi vaxtı regiondan asılı olaraq dəyişə bilər. Gözlənilir ki, əməliyyat sisteminin özü yeni versiyası ilə yanaşı, dəstəklənən bütün smartfonlar da yenidən işlənmiş Zen UI və ya ROG UI istifadəçi interfeysi (modeldən asılı olaraq) eldə edəcəyi gözlənilir.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -