Xiaomi China-nin prezidenti Lu Veybinq Twitter sosial şəbəkəsindəki səhifəsində bildirib ki, şirkət tezliklə yeni Redmi Note smartfonlarını təqdim edəcək. Tanınmış insayder Digital Chat Station bunun oktyabrda baş verəcəyini deyir.
Redmi Note 12 bu yaxınlarda 3C sertifikatından keçdi. Standart versiya 67 vatt sürətli şarjı, təkmilləşdirilmiş versiya isə 120 vatt sürətli şarjı dəstəkləyir. Həmçinin Redmi Note 12 Pro+ smartfonunun buraxılması haqqında məlumatlar var, hansı ki, 210 vatt şarjı dəstəkləyəcək.
Redmi Note 12 seriyası AnTuTu etalonunda 500.000-dən 600.000-ə qədər bal toplayan (Qualcomm Snapdragon 778G Plus ilə demək olar ki, eyni) MediaTek Dimensity 1080 tək çip sistemi ilə təchiz olunacaq. Smartfonların qiyməti 140-280 dollar arasında olacaq.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az