Apple şirkəti yeni cihazlarının təqdimatında iPhone, iPad və digər cihazlar üçün abunə xidmətini təqdim etməyi planlaşdırır.
Bloomberg-in verdiyi məlumata görə, Apple cihazlarının icarəsi Apple One abunəsinə bağlı olacaq. Beləliklə, istifadəçilər təkcə yeni smartfon deyil, həm də Apple Music, Apple TV+, Apple Arcade və digər xidmətlərə çıxış əldə edəcəklər.
Bu halda icarə haqqı cihazın qiymətinə bağlı olmayacaq. Abunəçilər köhnə cihazı qaytarmaqla hər il yeni smartfon əldə edə biləcəklər.
Apple qadcetlərinin icarəyə götürülməsi variantının hansı ölkələrdə olacağı hələlik məlum deyil.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az