Yeni Motorola smartfonlarının təqdimatı ləğv edilib. Bu qərarın səbəbləri barədə məlumat verilmir. Yeni Razr 2022 smartfonunun və flaqman X30 Pro-nun rəsmi anonsu dünən gecə baş verməli idi, lakin tədbir baş tutmadı.
Çin jurnalistləri elanın ləğvinin səbəbini öyrənməyə çalışsalar da, top-menecerlər nəsə ilə bağlı şərh verməkdən imtina ediblər.
Daha sonra Motorola Weibo-nun rəsmi səhifəsində təqdimatı gözləyən istifadəçilərdən üzrxahlıq ilə bir post çıxdı. Görünür, buna Çində kifayət qədər səs-küyə səbəb olan Nensi Pelosinin Tayvana rəsmi səfəri səbəb olub.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az