spot_img
28 апреля, 2024
ДомойSoftwareМобильные приложенияInstagram-a mesajlarla bağlı yeni funksiyalar əlavə edilib

Instagram-a mesajlarla bağlı yeni funksiyalar əlavə edilib

    Hələ bir neçə müddət bundan öncə Instagram-ın rəhbəri Adam Mosseri bildirmişdi ki, fotoservisin tərtibatçıları bu il əsas diqqətlərini Instagram daxilindəki mesajlara ayıracaqlar və bu məsələ ilə bağlı yeni funksiyalar istifadəyə veriləcək. Sözügedən yeni funksiyalar artıq istifadəyə verilib. Beləliklə istifadəyə verilmiş funksiyalar arasında Instagram-a daxil olmuş mesajlara birbaşa ana səhifədən cavab vermək imkanı var. Bundan sonra istifadəçi bu və ya digər kontenti izləməyi dayandırmadan və mesaj bölməsinə keçid etmədən daxil olmuş mesaja birbaşa ana səhifədən cavab verə biləcək.

    Bundan əlavə olaraq istifadəçilər bu və ya digər musiqilərin 30 saniyəlik fraqmentlərini də mesaj vasitəsilə göndərə biləcəklər. Bu funkskiya Apple və Amazon şirkətlərinin streaming servislərinin dəstəkləri vasitəsilə inteqrasiya edilib və yaxın zamanda Spotify musiqi servisinin dəstəyi də əlavə ediləcək. Həmçinin Share düyməsini klikləyib bir neçə saniyə ərzində saxlamaqla istifadəçiyə yeni menyu təqdim olunacaq və həmin menyu bəyənilən kontenti 4 dosta göndərmək imkanını verəcək. Mesaj bölməsinin yuxarı hissəsində isə real zaman ərzində online olan abunəçilərin siyahısı qeyd ediləcək. Bu yeni funksiyalar tədricən hamı üçün aktivləşdiriləcək.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,048ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -