spot_img
28 марта, 2024
ДомойSoftwareМобильные приложенияElon Musk Twitter-i 43 milyard dollara almağa hazırdır

Elon Musk Twitter-i 43 milyard dollara almağa hazırdır

  Technote-un verdiyi məlumata görə, dünyanı ən varlı şəxsi olan Elon Musk Twitter sosial şəbəkəsini 43 milyard dollara almağa hazırdır. Bu barədə Bloomberg saytı xəbər verib. Musk-ın sözlərinə əsasən bu, mövcud olan təkliflərdən ən yaxşısıdır. Qeyd etmək lazımdır ki, Musk-ın etdiyi təklif Twitter səhmlərinin bazar dəyərindən 18% yüksəkdir. Sözügedən xəbər ortaya çıxan zaman məşhur sosial şəbəkənin bir səhminin qiyməti 45.85$, sosial şəbəkənin bazar dəyəri isə 36.71 milyard dollar təşkil edirdi. Musk öz növbəsində Twitter-in direktorlar şurasına məktub göndərib və həmin məktubda qeyd edib ki, sosial şəbəkə hal hazırda mövcud olduğu vəziyyətində inkişaf etmək və ictimai ideallara xidmət göstərmək qabiliyyətinə sahib deyil.

    Onun fikrincə sosial şəbəkəni özəl əllərə ötürmək lazımdır. O həmçinin qeyd edib ki, sosial şəbəkənin mövcud olan rəhbərliyinə güvənmir və əgər müqavilənin bağlanması məsələsində bir irəliləyiş olmasa, o, Twitter-dəki səhmdar mövqeyinə yenidən nəzər yetirməli olacaq. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Musk, Twitter səhmlərinin 9%-ni almış və nəticədə sosial şəbəkənin ən böyük səhmdarına çevrilmişdi. Bununla yanaşı onun istifadəçi hesabı Twitter-də ən məşhur istifadəçi hesablarından biridir. Onun istifadəçi hesabına 80 milyon insan abunə olub. Qeyd etmək lazımdır ki, Twitter səhmlərinin alınmasından sonra ona sosial şəbəkənin direktorlar şurasına daxil olmaq təklifi edilmişdi. Lakin o bu təklifdən imtina edib.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -