Motorola şirkəti Snapdragon 8 Gen 1-i almış dünyanın ilk smartfonu Moto Edge X30-un qlobal versiyasını nümayiş etdirdi. Qlobal bazarlarda yenilik fərqli ad altında və Çindəkindən qat-qat baha satılacaq.
Moto Edge X30 smartfonu 9 dekabr 2021-ci ildə elan edildi və yalnız bu gün rəsmi olaraq qlobal bazara çıxarıldı. Düzdür, qlobal bazar üçün cihazın adı dəyişdirilərək Moto Edge 30 Pro (Avropa, Yaxın Şərq, Asiya, Afrika) və Moto Edge Plus (ABŞ) olub.
Qadcet Full HD+ təsvir ölçüsünə və 144 Hz təzələnmə tezliyinə malik 6,7 düymlük AMOLED ekran, üçlü əsas kamera (50+50+2 MP), 60 meqapiksellik ön kamera, 12 GB LPDDR5 RAM və 256 GB daxili fləş yaddaş və Snapdragon 8 Gen 1 prosessoru ilə təchiz edilib..
Smartfon dekabrın əvvəlində Çində debüt etdi və 470 dollar olan başlanğıc qiyməti sayəsində böyük populyarlıq qazandı, lakin indi Avropada yeni cihazların qiyməti təxminən 800 avro olacaq.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az