Apple-ın ən çox gözlənilən yeni məhsullarından biri bu yaxınlarda təqdim ediləcək noutbuklardır — MacBook Pro 14″ və 16″. Cihaz təkmilləşdirilmiş M1X çipinə əsaslanacaq. Ancaq məlum olduğu kimi, hələ də öz məhdudiyyətləri olacaqdır.
Wccftech-in verdiyi məlumata görə, şirkətin M1X bazasında qurulacaq kompüterləri yalnız 32 GB-a qədər yaddaşla əldə etmək mümkün olacaq.
Qeyd edək ki, əvvəllər insayderlər MacBook Pro-nun 64 GB-a qədər operativ yaddaşa sahib olacağını deyirdilər. Və bu məlumat təsdiqlənmədiyi üçün seriyanın dizaynı barədə məlumatların doğruluğu ilə bağlı suallar yaranır.
Xatırladaq ki, erkən məlumatlara görə MacBook yeni bir dizaynın yanında USB-A portları və SD kart oxuyucusu almalıdır.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az