FrontTron ləqəbli insayderin sözlərinə görə, smartfon həqiqətən seriyanın əvvəlki modelindən biraz ucuz olacaq.
Mənbəyə görə, 8/256 GB yaddaş konfiqurasiyasına sahib cihaz 1249 dollara satışa çıxarılacaq — beləliklə, Samsung Galaxy Z Flip 5G ilə arasındakı fərq yalnız 100 dollar olacaq.
Eyni zamanda, The Korea Herald, Samsung-un Galaxy Z Flip3 Lite adlı xüsusi bir 4G versiyasını təqdim etməyi planlaşdırdığını qeyd etdi. Beşinci nəsil şəbəkələrə dəstək olmaması səbəbindən cihazın gözlənilən qiyməti 1000 dollardan az olacaq. Şirkət özü hələ bu şayiələrə münasibət bildirməyib.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az