CEO «Display Supply Chain Consultants» Ross Young öz mənbələrinə istinad edərək, Google-ın 2021-ci ilin sonuna qədər qatlana bilən ekranlı ilk smartfonunu təqdim etmək niyyətində olduğunu söylədi. Eyni zamanda, yeniliyin oktyabr ayında keçiriləcək təqdimat mərasimində nümayiş olunma ehtimalı olduğunu qeyd etdi. Ekranının xüsusiyyətlərindən biri ultra incə UTG şüşəsinin olmasıdır.
Verilən məlumata görə, 2022-ci il üçün Google daha da iddialı planlar qurur — ekranı «yuvarlanan» bir cihazın təqdimatı. Bununla birlikdə, bu smartfon haqqında hələ heç bir məlumat yoxdur.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az