Məşhur analitik Ming Chi Kuo, Apple-ın qatlana bilən cihazları nə vaxt buraxmağa başlayacağına dair yeni təfərrüatları açıqladı. Onun sözlərinə görə, 2023-cü ildə qatlana bilən ekrana sahib 8 düymlük bir iPhone-u gözləməyə dəyər.
MacRumors xəbər verir ki, cihaz QHD+ OLED ekran alacaq. Analitik qeyd edib ki, cihaz üçün ekranların buraxılışını yalnız Samsung idarə edəcək.
Mütəxəssisin fikrincə, qatlana bilən smartfonlar istənilən böyük istehsalçının flaqman seqmentinin ayrılmaz hissəsinə çevriləcəkdir.
Təəssüf ki, cənab Kuo, şərti iPhone Fold-un təqribi qiyməti barədə heç bir məlumat açıqlamadı. Bəlkə də iPhone 12 Pro Max-in qiyməti səviyyəsində olacaq.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az