spot_img
22 ноября, 2024
ДомойТелекомСтатьиAmazon ilk dəfə bir maliyyə rübündə rekord gəlir əldə edib

Amazon ilk dəfə bir maliyyə rübündə rekord gəlir əldə edib

Bu ilin ilk rübündə Amerikanın Amazon korporasiyasının satışlardan əldə etdiyi gəlir 108,5 milyard ABŞ dolları təşkil edib.

Bu, Amazon korporasiyasının tarixində ən yüksək gəlir rübü olub. 31 martda bitən üç aylıq dövrdə şirkətin gəliri 2020-ci ilin birinci rübünə nisbətən 44 faiz artıb.

Korporasiyanın əməliyyat gəliri əvvəlki ilin eyni dövründəki 4 milyard ABŞ dollarına qarşı iki dəfədən çox artaraq 8,9 milyard ABŞ dollarına çatıb.

Qeyd edək ki, Amazon internet üzərindən mal və xidmətlər satan dünyanın ən böyük şirkətidir. 1994-cü ildə Bezos tərəfindən qurulub. Hazırda şirkətin bazar dəyəri təxminən 1,81 trilyon ABŞ dolları qiymətləndirilir.

Bloomberg-ə görə Bezos hazırda dünyanın ən varlı adamıdır. Onun sərvətinin təqribən 201,7 milyard ABŞ dolları olduğu təxmin edilir.

Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,990ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -