Xiaomi, öz avtomobil biznesini açdığını təsdiqlədi. Yəni Çin şirkətindən elektrikli avtomobil gözləyə bilərsiniz.
Xiaomi, növbəti 10 ildə bu işə təxminən 10 milyard dollar sərmayə ayıracağını söylədi. Şirkət 1,5 milyard dollarlıq investisiya ilə başlayacaq. Nəticədə, Xiaomi elektrikli avtomobil işini idarə edəcək bir törəmə şirkət yaradacaq.
Bu yaxınlarda məlum oldu ki, Apple da öz avtomobilini buraxmaq niyyətindədir və indi özünə tərəfdaş axtarır.
Apple tərəfdaş tapmaqda çətinlik çəkir. Bundan əvvəl media şirkətin Hyundai və Nissan ilə razılaşa bilmədiyini yazmışdı.
Bizi Telegram kanalımızdan da izləyə bilərsiniz. https://t.me/infocity_az