MWC 2019 sərgisi çərçivəsində HMD Global şirkəti çoxdan gözlənilən Nokia 9 PureView flaqmanını təqdim edib. Smartfonun özəlliyi ZEİSS optikalı 5 kameralı modula sahib olmasıdır. Hər bir kamera 12 mp-dir, onlardan 2-si rəngli, digər 2-si monoxromdur. İstehsalçı bildirir ki, ümumilikdə modulun genişlənməsi 60 mp-ya çatır. Modula süni intellekt də quraşdırılıb. Şəkilləri RAW/DNG formatlarında yaddaşda saxlayaraq birbaşa smartfonda Adobe Photoshop Lightroom-da redaktə etmək mümkündür.
Smartfona 5.99 düymlük OLED displey quraşdırılıb. Ön kamera 20 mp-dir. Daxildə Qualcomm Snapdragon 845 prosessoru, 6 GB RAM / 128 GB daxili yaddaş mövcuddur. Batareyanın həcmi 3320 mAh-dir. Simsiz enerji yığma texnologiyası da smartfona quraşdırılıb. USB Type-C var, lakin 3.5 mm qulaqcıq üçün yuva yoxdur. Barmaq izi skaneri ekranın altına yerləşdirilib. Əməliyyat sistemi «təmiz» Android 9 Pie-dir.
Nokia 9 PureView mart ayında 699 avroya satışa çıxarılacaq.
Nokia 9 PureView-a çəkilmiş fotolar: