Smartfon və professional kamera cihazlarının analizi ilə məşqul olan məşhur DxOMark servisi son günlərdə təqdim edilmiş iki flaqman Xiaomi Mi 9 və Samsung Galaxay S10 Plus smartfonlarının kameralarını analiz edib.
107 bala layiq görülən Xiaomi Mi 9 iPhone XS Max-ı qabaqlayaraq 4-cü pilləyə qalxıb. Reytinqin liderləri isə bu günə qədər 109 balla Huawei şirkətinin iki flaqmanı Mate 20 Pro və P20 Pro cihazları idi. DxOMark Samsung Galaxy S10 Plus flaqmanını analiz etdi və 109 bala layiq gördü. Huawei modelləri ilə eyni bala layiq görülsə də, Samsung flaqmanı selfie kamera baxımından rəqiblərini bir baş üstələyib — 96 bal; Mate 20 Pro 75 bal, P20 Pro 72 bal yığıb.
Beləliklə rəsmi olaraq dünyanın ən yaxşı kamerası adına Samsung Galaxy S10 Plus flaqmanı layiq görülüb.