Xiaomi smartfonlarının ucuz olması və alıcılar tərəfindən flaqmanlara olan maraq itkisi ümumi bazara ciddi təsir edib. Smartfon satışları son 4 ildə ən aşağı göstəricilərlə üzləşib.
Bununla belə digər smatfon şirkətləri qiymətləri azatlmağı və ya ucuz seqment cihazlara daha çox diqqət yetirməyə başlayıb. Apple şirkəti istisna deyil. Onlar artıq bir neçə ölkədə smartfonların qiymətini endirib. İndi isə satışa iPhone SE yenidən qayıdıb. Tamamilə yeni və «unlock» edilmiş cihazlar 32 və 128 GB versiyalarda mövcuddur. Qiymətlər isə müvafiq olaraq 250 və 300 dollardır (350 və 450 dollar köhnə qiymətlərdir).