Xiaomi şirkətinin sonuncu böyük anonsu Redmi Note 7 smartfonu ilə bağlı olmuşdu. Növbəti belə anons 24 fevral tarixinə təyin edilib.
Məşhur insayder Ben Qeskin paylaşıdığı şəkil ilə qeyd edib ki, bu, Mi modeli olacaq. Başqa sözlə desək, tezliklə şirkət flaqman smartfonun anonsunu edəcək. Onun sözlərinə görə Mi Mix 3 (5G dəstəyi ilə) və ya Mi 9 smartfonlarından biri yeni flaqman olaraq təqdim edilə bilər. Qeyd edilir ki, yeni smartfonlar Qualcomm Snapdragon 855 prosessoru və ekran altına quraşdırılmış skaner ilə təchiz ediləcək. Kamera modulunun üçlü olacağı gözlənilir və şirkət tarixinin ən yaxşı kamerası olacağı deyilir.