İnsyader Ben Geskin tezliklə təqdim ediləcək OnePlus 7 smartfonunun şəkillərini təqdim edib. Belə ki, o təxmin edib ki, smartfonda heç bir kəsik olmayacaq və əksinə, cihaz slayder formatında olacaq.
Lakin, OnePlus 7 smartonunun su damcısı formasında kəsiklə də olması ehtimalı istisna edilmir. Bəzi mənbələrin məlumatına əsasən, OnePlus-ın təqdim edəcəyi iki model məhz bunlardır. Daxili göstəricilərə gəldikdə, smartfon Qualcomm Snapdragon 855 prosessoru, 8 GB RAM və 128/256 GB daxili yaddaş, üçlü əsas kamera, ekranın altında barmaq izi skaneri, su və tozdan müdafiə texnologiyası ilə təchiz edilib.